2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması Qaydası haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104.1-ci maddəsinə əsasən məntəqə seçki komissiyaları səsvermənin yeri və vaxtı haqqında seçiciləri xəbərdar etməlidirlər.

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/28 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 2.1-ci bəndinə uyğun olaraq bildirişin mətni, forması, sayı və hazırlanmasına dair tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən azı 40 gün qalmış təsdiq edilməli və müəyyən olunmuş formada və sayda poliqrafiya müəssisəsində hazırlanmalıdır.

Ona görə də seçicinin soyadı, adı, atasını adı ilə yanaşı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı haqqında, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydaları və s. bu kimi maarifləndirmə xarakterli məlumatları da özündə əks etdirən bildiriş nümunəsinin hər bir seçicinin ünvanına çatdırılması üçün 90 saylı Ağdaş seçki dairəsi üzrə daimi seçici siyahılarına daxil edilmiş seçicilərin sayı nəzərə alınmaqla, həmin saydan təqribən 3% artıq olmaqla mətbəə üsulu ilə hazırlanması məqsədəmüvafiqdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü və 104.1-ci maddələrinə və "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 2.1-ci bəndinə əsasən qərara alır:

 

1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni və forması təsdiq edilsin.

2. Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 41 409 (qırx bir min dörd yüz doqquz) ədəd müəyyən edilərək mətbəə üsulu ilə hazırlansın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

4 May 2016, 09:05

http://www.azertag.net

7181—7190 / 10511

3 Mart 2016, 09:03

Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

3 Mart 2016, 09:03

H.İ.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

3 Mart 2016, 09:03

İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası   ətraflı...

3 Mart 2016, 09:03

İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə   ətraflı...

2 Mart 2016, 09:03

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Mart 2016, 09:03

Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında   ətraflı...

2 Mart 2016, 09:03

U.Ə.Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

2 Mart 2016, 09:03

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında   ətraflı...

2 Mart 2016, 09:03

Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

2 Mart 2016, 09:03

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 102-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...