Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illər Ağsu şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən 160 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, İdman Kompleksi, 3000 yerlik şəhər stadionu, Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi, əlil və şəhid ailələri üçün 32 mənzilli 2 yaşayış binası inşa edilmiş, Mədəniyyət Sarayı, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi əsaslı təmir olunmuş, şəhərin su təchizatı sistemi, şəhərdaxili avtomobil yolları yenidən qurulmuş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ağsuda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 33 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:
1. Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2016-cı il.
4 May 2016, 09:052 Sentyabr 2016, 09:09
Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında ətraflı...
2 Sentyabr 2016, 09:09
Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
2 Sentyabr 2016, 09:09
R.V.İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında ətraflı...
1 Sentyabr 2016, 09:09
Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda səsvermə hüququna malik şəxsləri seçici siyahılarına daxil etməli olan seçki dairələrinin müəyyən edilməsinə dair ətraflı...
1 Sentyabr 2016, 09:09
Mərkəzi Seçki Komissiyasının 27 avqust 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
31 Avqust 2016, 10:08
Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında ətraflı...
31 Avqust 2016, 09:08
42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına ətraflı...
31 Avqust 2016, 09:08
Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
30 Avqust 2016, 09:08
Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
29 Avqust 2016, 09:08
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...