2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyası səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr:
Ağazadə Ənvər Sərdar oğlu
Tağızadə Rəfail Alı oğlu
Əliyev Taleh Məhəmməd oğlu
Hətəmov Səməd Əbdüləli oğlu
Muradlı Rüfət Habil oğlu
İbadova Günel Mahmud qızı
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Əliyeva Elnurə Zakir qızı
Dadaşov Təbriz Söhrab oğlu
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
2 May 2016, 09:053 Mart 2016, 09:03
Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
3 Mart 2016, 09:03
H.İ.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
3 Mart 2016, 09:03
İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası ətraflı...
3 Mart 2016, 09:03
İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə ətraflı...
2 Mart 2016, 09:03
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Mart 2016, 09:03
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında ətraflı...
2 Mart 2016, 09:03
U.Ə.Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
2 Mart 2016, 09:03
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında ətraflı...
2 Mart 2016, 09:03
Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
2 Mart 2016, 09:03
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 102-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...