"Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 68
Bakı şəhəri, 6 mart 2014-cü il
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 906; 2007, № 12, maddə 1357; 2012, № 4, maddə 386) 1-ci hissəsində "252" rəqəmi "282" rəqəmi ilə, "147" rəqəmi isə "177" rəqəmi ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
12 Mart 2014, 13:0324 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...