Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidməti tərkibinin yenidən formalaşdırılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 97.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndinə uyğun olaraq seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxilolma mənbələrinə nəzarəti təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında Nəzarət-təftiş xidməti yaradılır.

 

Nəzarət-təftiş xidmətinin tərkibinə Mərkəzi Seçki Komissiyası üzvlərindən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Azərbaycan Respublikası Mərkəzi Bankının və s. orqanların mütəxəssisləri daxil edilməli və Nəzarət-təftiş xidmətinin rəhbəri xidmətin tərkibinə daxil edilmiş Komissiya üzvləri sırasından təyin edilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 97.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə”nin 1.1-ci, 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərinə əsasən qərara alır:

 

1. Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidmətinin tərkibi aşağıdakı kimi formalaşdırılsın:

 

Ramiz İbrahimov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

İlham Məmmədov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

Tofiq Həsənov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Maliyyə şöbəsinin müdiri;

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi;

Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi;

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi;

Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi.

 

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov Nəzarət-təftiş xidmətinin rəhbəri təyin edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib         Mikayıl Rəhimov

 

 

2 May 2016, 09:05

http://www.azertag.net

9251—9260 / 10511

18 Noyabr 2014, 09:11

Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi QAYDALARI   ətraflı...

18 Noyabr 2014, 09:11

“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında   ətraflı...

18 Noyabr 2014, 09:11

Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları   ətraflı...

18 Noyabr 2014, 09:11

“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında   ətraflı...

18 Noyabr 2014, 09:11

Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

18 Noyabr 2014, 09:11

Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə   ətraflı...

18 Noyabr 2014, 09:11

Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə   ətraflı...

18 Noyabr 2014, 09:11

“Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına   ətraflı...

18 Noyabr 2014, 09:11

Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına   ətraflı...

17 Noyabr 2014, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...