“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171) 14-cü maddəsinin üçüncü hissəsinin ikinci bəndindən sonra aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2016-cı il.
29 Aprel 2016, 09:0414 Sentyabr 2017, 09:09
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında ətraflı...
14 Sentyabr 2017, 09:09
İ.Aküzümün “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 10:09
Nghiem Vu Khaiyin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 10:09
Nguyen Vu Ha Lenin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 09:09
İ.İ.Mədətovun Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 09:09
A.V.Lapşinin əfv edilməsi haqqında ətraflı...
11 Sentyabr 2017, 10:09
İ.D.Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
8 Sentyabr 2017, 09:09
M.H.Ağayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
8 Sentyabr 2017, 09:09
Azərbaycan Respublikası - Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Protokolun təsdiq edilməsi haqqında ətraflı...
7 Sentyabr 2017, 10:09
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin NİZAMNAMƏSİ ətraflı...