“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

 

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 5.1-3-cü maddə əlavə edilsin:

“5.1-3. İpoteka qoyulan daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, maliyyə bazarlarına nəzarət orqanı, ipoteka fondları, ipoteka saxlayan banklar və digər kredit təşkilatlarının informasiya sistemləri ilə daşınmaz əmlakın dövlət reyestri arasında əlaqə yaradılır.”.

2. 9.2-ci maddədə “20 gündən gec olmayaraq” sözləri “10 iş günü müddətində” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir.”.

3. 14.2-ci maddənin ikinci cümləsində “10” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin.

4. 20.3-cü maddədə “5” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 aprel 2016-cı il.

29 Aprel 2016, 09:04

http://www.azertag.net

6741—6750 / 10511

10 İyun 2016, 09:06

“Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə   ətraflı...

7 İyun 2016, 09:06

R.M.Fətəliyevə “Xalq artisti” fəxri adının verilməsi haqqında   ətraflı...

7 İyun 2016, 09:06

R.M.Fətəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

6 İyun 2016, 09:06

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 iyun 2016-cı il tarixli 09 saylı müraciətə baxılması barədə   ətraflı...

6 İyun 2016, 09:06

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 iyun 2016-cı il tarixli 10 saylı müraciətə baxılması barədə   ətraflı...

6 İyun 2016, 09:06

“Seçki komissiyalarının seçici siyahıları ilә iş qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair   ətraflı...

6 İyun 2016, 09:06

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə   ətraflı...

6 İyun 2016, 09:06

2010-cu ildə formalaşmış seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibində dəyişikliklər edilməsi barədə   ətraflı...

6 İyun 2016, 09:06

Mərkəzi Seçki Komissiyasının 26 may 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

6 İyun 2016, 09:06

H.Q.Səlimovun Balakən Rayon Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...