Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478; 2001, № 12, maddə 736; 2002, № 5, maddələr 237, 241; 2003, № 1, maddə 11, № 6, maddə 256, № 8, maddə 423; 2004, № 2, maddə 59, № 6, maddə 415, № 10, maddə 761; 2006, № 2, maddə 67, № 6, maddə 478, № 8, maddə 657, № 11, maddə 932; 2007, № 1, maddə 3, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 6, maddə 460, № 8, maddə 707, № 12, maddə 1048; 2009, № 2, maddə 36; 2012, № 6, maddə 497; 2013, № 6, maddə 621; 2015, № 3, maddə 244, № 4, maddə 358, № 10, maddə 1094; 2016, № 1, maddələr 24, 27) 110-cu maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 110. Bu Məcəllənin pozulmasına görə məsuliyyət

Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 aprel 2016-cı il.

29 Aprel 2016, 09:04

http://www.azertag.net

4761—4770 / 10511

13 Oktyabr 2017, 09:10

P.O.Şahbazovun Azərbaycan Respublikasının energetika naziri təyin edilməsi haqqında   ətraflı...

11 Oktyabr 2017, 10:10

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə   ətraflı...

11 Oktyabr 2017, 10:10

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Latviya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

11 Oktyabr 2017, 10:10

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 868 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

11 Oktyabr 2017, 10:10

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

11 Oktyabr 2017, 10:10

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

11 Oktyabr 2017, 10:10

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

11 Oktyabr 2017, 10:10

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında   ətraflı...

11 Oktyabr 2017, 10:10

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin   ətraflı...

11 Oktyabr 2017, 10:10

“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında   ətraflı...