“Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma,habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 383; 2005, № 8, maddə 692; 2008, № 7, maddə 602; 2011, № 2, maddə 70) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2016-cı il.
29 Aprel 2016, 09:0428 Sentyabr 2016, 09:09
Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
28 Sentyabr 2016, 09:09
İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisinin iştirakçılarına ətraflı...
27 Sentyabr 2016, 09:09
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
A.A.Paşayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
О государственной поддержке развития хлопководства в Азербайджанской Республике ətraflı...
23 Sentyabr 2016, 10:09
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
İ.C.Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
22 Sentyabr 2016, 09:09
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) seçki məntəqələrində veb-kameralar quraşdırılması barədə ətraflı...