Azərbaycanın pravoslav xristian icmasına
Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Gözəl bahar günlərində qeyd olunan Pasxa bayramı insanlarda yüksək əhval-ruhiyyə və nikbinlik yaradan, şəfqət və mərhəmət hisslərini artıran, cəmiyyətdə xeyirxahlıq və həmrəylik prinsiplərinin bərqərar olmasına xidmət edən əlamətdar günlərdəndir. Bu bayram müxtəlif dini konfessiyaların əsrlər boyu qarşılıqlı etimad və əmin-amanlıq şəraitində dinc yanaşı yaşadığı Azərbaycanda geniş surətdə qeyd edilir. Xristian həmvətənlərimiz ölkəmizdə təşəkkül tapmış etnik-dini tolerantlıq mühitində dini mərasim və ayinlərini sərbəst şəkildə həyata keçirirlər.
Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edərək, onun hərtərəfli inkişafı işinə öz layiqli töhfələrini verir. Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır.
Pasxa bayramı əmin-amanlığın, birlik və bərabərlik duyğularının rəmzidir. Qoy bu nurlu bayram hər birinizə xoş ovqat, ailələrinizə firavanlıq və sevinc gətirsin.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2016-cı il.
29 Aprel 2016, 09:044 İyul 2017, 09:07
Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
3 İyul 2017, 09:07
İ.Ə.Mehdiyevin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında ətraflı...
3 İyul 2017, 09:07
Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında ətraflı...
30 İyun 2017, 09:06
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında ətraflı...
30 İyun 2017, 09:06
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında ətraflı...