Azərbaycanın pravoslav xristian icmasına
Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Gözəl bahar günlərində qeyd olunan Pasxa bayramı insanlarda yüksək əhval-ruhiyyə və nikbinlik yaradan, şəfqət və mərhəmət hisslərini artıran, cəmiyyətdə xeyirxahlıq və həmrəylik prinsiplərinin bərqərar olmasına xidmət edən əlamətdar günlərdəndir. Bu bayram müxtəlif dini konfessiyaların əsrlər boyu qarşılıqlı etimad və əmin-amanlıq şəraitində dinc yanaşı yaşadığı Azərbaycanda geniş surətdə qeyd edilir. Xristian həmvətənlərimiz ölkəmizdə təşəkkül tapmış etnik-dini tolerantlıq mühitində dini mərasim və ayinlərini sərbəst şəkildə həyata keçirirlər.
Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edərək, onun hərtərəfli inkişafı işinə öz layiqli töhfələrini verir. Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır.
Pasxa bayramı əmin-amanlığın, birlik və bərabərlik duyğularının rəmzidir. Qoy bu nurlu bayram hər birinizə xoş ovqat, ailələrinizə firavanlıq və sevinc gətirsin.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2016-cı il.
29 Aprel 2016, 09:0414 Sentyabr 2017, 09:09
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında ətraflı...
14 Sentyabr 2017, 09:09
İ.Aküzümün “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 10:09
Nghiem Vu Khaiyin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 10:09
Nguyen Vu Ha Lenin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 09:09
İ.İ.Mədətovun Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 09:09
A.V.Lapşinin əfv edilməsi haqqında ətraflı...
11 Sentyabr 2017, 10:09
İ.D.Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
8 Sentyabr 2017, 09:09
M.H.Ağayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
8 Sentyabr 2017, 09:09
Azərbaycan Respublikası - Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Protokolun təsdiq edilməsi haqqında ətraflı...
7 Sentyabr 2017, 10:09
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin NİZAMNAMƏSİ ətraflı...