Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanını “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 769-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 498; 2007, № 11, maddə 1114; 2009, № 12, maddə 977; 2011, № 2, maddə 84) 2-ci hissəsinin üçüncü abzasında “31-ci maddəsinin ikinci hissəsində,” sözlərindən sonra “31-1-ci maddəsində,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2014-cü il.

11 Mart 2014, 14:03

http://www.azertag.net

4591—4600 / 10511

20 Noyabr 2017, 09:11

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Ə.T.Əmiraslanovun “Şərəf”ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

16 Noyabr 2017, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

16 Noyabr 2017, 09:11

Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması, nəşri və ictimailəşdirilməsi barədə   ətraflı...