“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, №12, maddə 1432; Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 48-VQD nömrəli və 29 dekabr tarixli 82-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 2.0.10-1-ci maddə əlavə edilsin:
“2.0.10-1. Avtovağzala (avtostansiyaya) pasportun verilməsi;”.
2. Aşağıdakı məzmunda 25-1-ci maddə əlavə edilsin:
Maddə 25-1. Avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
25-1.1. Avtovağzala pasportun verilməsi üçün |
600 manat |
25-1.2. Avtostansiyaya pasportun verilməsi üçün |
400 manat |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.
22 Aprel 2016, 09:0429 Aprel 2015, 09:04
Z.Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında ətraflı...
24 Aprel 2015, 09:04
Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
23 Aprel 2015, 09:04
“Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə ətraflı...
21 Aprel 2015, 09:04
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
21 Aprel 2015, 09:04
R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında ətraflı...
20 Aprel 2015, 09:04
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının NİZAMNAMƏSİ ətraflı...
20 Aprel 2015, 09:04
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında ətraflı...
20 Aprel 2015, 09:04
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında ətraflı...
17 Aprel 2015, 09:04
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında ətraflı...
16 Aprel 2015, 09:04
"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...