Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, I kitab, maddə 250, №5, maddə 323; 2002, №12, maddə 709; 2003, №8, maddə 420; 2004, №3, maddə 123, №5, maddə 318, №6, maddə 415, №10, maddə 761, №11, maddə 901; 2005, №2, maddə 61, №6, maddə 466, №8, maddələr 684, 692, 693, №11, maddə 996, №12, maddə 1085; 2006, №2, maddə 68, №3, maddə 225, №5, maddə 387, №6, maddə 478, №8, maddə 657, №12, maddə 1005; 2007, №2, maddə 80, №6, maddə 560, №8, maddə 745, №10, maddə 937, №11, maddə 1053, №12, maddələr 1215, 1219; 2008, №3, maddə 145, №6, maddə 456, №7, maddə 602, №12, maddə 1049; 2009, №2, maddə 47, №5, maddə 295, №6, maddə 404, №7, maddə 517; 2010, №2, maddə 75, №3, maddə 171, №4, maddələr 265, 266, 276; 2011, №2, maddə 71, №7, maddə 586, №8, maddə 750, №12, maddələr 1073, 1102; 2012, №1, maddə 5, №5, maddə 403, №6, maddə 498; 2013, №1, maddə 15, №6, maddə 620, №11, maddə 1280, №12, maddələr 1469, 1478; 2014, №2, maddə 96, №7, maddə 768; 2015, №3, maddə 254, №5, maddə 512, №7, maddə 814, №10, maddə 1093; 2016, №1, maddə 26) aşağıdakı dəyişikliklər edilsin:
1. 107-5.1-ci maddənin ikinci cümləsində “qərarlar” sözündən sonra “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla,” sözləri əlavə edilsin.
2. 938-1.0.3-cü maddədə “əlaqəli” sözü “aidiyyəti” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2016-cı il.
22 Aprel 2016, 09:045 Aprel 2017, 09:04
Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında ətraflı...
5 Aprel 2017, 09:04
Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası ətraflı...
5 Aprel 2017, 09:04
Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında ətraflı...
5 Aprel 2017, 09:04
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
5 Aprel 2017, 09:04
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
4 Aprel 2017, 09:04
Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
3 Aprel 2017, 09:04
V.Q.Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
31 Mart 2017, 09:03
Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı ətraflı...
31 Mart 2017, 09:03
“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında ətraflı...
31 Mart 2017, 09:03
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında ətraflı...