Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı

“Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının

2016-cı il 15 mart tarixli Qanununa

3 nömrəli əlavə

 

1. təhlükə potensiallı obyektlərin dövlət reyestrindən keçirilməsi barədə çıxarış;

2. təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsinə icazə;

3. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılıq;

4. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılıq;

5. dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq verilən sənədlər;

6. gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat;

7. dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə verilən şəhadətnamə;

8. mülki aviasiya sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq verilən sənədlər;

9. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə;

10. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə;

11. ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə;

12. ixrac məqsədli neft-qaz fəaliyyətinə görə güzəştləri əldə etmək üçün Azərbaycan Respublikasına idxal ediləcək avadanlıq və materialların siyahısının (idxal siyahısının) qeydə alınması;

13. su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə;

14. dövlət ekoloji ekspertizasına aid edilən obyektlər barədə ekspert rəyi;

15. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə;

16. balıqovlama bileti;

17. zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, habelə Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə;

18. kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat);

19. yaşıllığın götürülməsi vərəqi;

20. yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi;

21. geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi;

22. ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə dair icazə;

23. ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələndirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına dair icazə;

24. ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına dair icazə;

25. radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə dair icazə;

26. ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatı;

27. ət və ət məhsullarının üzərində nişan qoyulması (baytarlıq damğası və ştampı);

28. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə;

29. daxili karantin sertifikatı;

30. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı;

31. avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün verilən pasport;

32. beynəlxalq avtomobil daşımalarını həyata keçirən xarici dövlətlərin nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış, yüklənmə və tranzit keçid hüququnu müəyyənləşdirən “İcazə” blankı;

33. Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara verilən xarici ölkələrin “İcazə” blankı;

34. Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün verilən “Fərqlənmə nişanı”;

35. vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən “Xüsusi fərqlənmə nişanı”;

36. ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə;

37. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə;

38. təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq;

39. nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı müqavilə;

40. radiotezliklərin ayrılması haqqında qərar;

41. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi radioelektron vasitələrinin istifadəsinə icazə vərəqəsi;

42. kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikat;

43. standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat;

44. uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan akkreditasiya attestatı;

45. xarici ölkələrin uyğunluğu qiymətləndirən qurumlarının Azərbaycan Respublikasının ərazisində uyğunluğun qiymətləndirmə fəaliyyətinin razılaşdırılması barədə attestat;

46. gəminin sanitariya nəzarətindən keçməsi və ya sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamə;

47. yeyinti məhsullarının gigiyenik sertifikatı;

48. dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi;

49. dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə;

50. “Psixotrop vasitələr haqqında” Konvensiyanın 1-ci və 2-ci siyahılarında nəzərdə tutulmuş psixotrop maddələrin idxal və ixracına icazə;

51. səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərar;

52. rüsumsuz ticarət mağazasının yaradılmasına icazə;

53. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazə;

54. elektrik enerjisinin nəqlinə icazə;

55. elektrik enerjisinin paylanmasına icazə;

56. elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə;

57. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktı;

58. qazın istehsalına və təbii qazın emalına icazə;

59. qazın nəqli üçün icazə;

60. qazın paylanmasına icazə;

61. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə;

62. sənaye qaz qurğusunun istismarına icazə;

63. neft və qaz yataqlarının kəşfiyyatına icazə;

64. neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə;

65. neft və neft məhsullarının emalına icazə;

66. neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə;

67. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsi;

68. idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiyası haqqında qərar;

69. xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsi;

70. qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası;

71. Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün verilən keyfiyyət sertifikatı;

72. sənaye parkının qeydiyyat şəhadətnaməsi;

73. texnologiyalar parkının qeydiyyat şəhadətnaməsi;

74. texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi;

75. sənaye, yaxud texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənəd;

76. investisiya təşviqi sənədi;

77. auditor adı almaq üçün verilən ixtisas imtahanının nəticələrini təsdiq edən sənəd;

78. açıq məkanda reklamın yerləşdirilməsinə icazə;

79. malın mənşə ölkəsini təsdiq edən sertifikat;

80. mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsi;

81. sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsi;

82. turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətinin akkreditasiyadan keçməsi haqqında qərar;

83. ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla, avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə bağlanan müqavilə;

84. tikintiyə icazə;

85. tikinti obyektinin istismarına icazə;

86. audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə verilən nəzarət markası;

87. səyyar (mövsümi) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə.

 

 

21 Aprel 2016, 09:04

http://www.azertag.net

2841—2850 / 10511

2 May 2019, 08:05

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 19 aprel tarixli 394 nömrəli və “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 349 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 May 2019, 07:05

Ağstafa rayonunun Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 May 2019, 08:05

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

1 May 2019, 08:05

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1549-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 May 2019, 08:05

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

1 May 2019, 08:05

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1550-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 May 2019, 08:05

Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 23 fevral tarixli 1268 nömrəli, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 6 iyul tarixli 181 nömrəli fərmanlarında və “Ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması haqqında” 2015-ci il 18 mart tarixli 1114 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

30 Aprel 2019, 08:04

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Aprel 2019, 08:04

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 503 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

30 Aprel 2019, 08:04

“Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...