Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsi

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 20 aprel tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında

Dənizkənarı Bulvar İdarəsinin

Əsasnaməsi

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi (bundan sonra – İdarə) Bakı şəhərindəki Dənizkənarı bulvarın, o cümlədən Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanı Kompleksinin və Dövlət Bayrağı Muzeyinin fəaliyyəti, mühafizəsi, perspektiv inkişafı və bərpası sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

1.2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. İdarə müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. İdarənin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. İdarə Bakı şəhərində yerləşir.

2. İdarənin fəaliyyət istiqamətləri

2.0. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. Dənizkənarı bulvarın, Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanı Kompleksinin və Dövlət Bayrağı Muzeyinin fəaliyyəti, mühafizəsi, perspektiv inkişafı və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirmək;

2.0.2. Dənizkənarı bulvara, o cümlədən Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanı Kompleksinə və Dövlət Bayrağı Muzeyinə dair proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etmək və onların perspektiv inkişafını təmin etmək;

2.0.3. Dənizkənarı bulvarın tarixi simasının saxlanılmasını, ərazinin zəngin florasının və təbii landşaftının bərpasını və inkişaf etdirilməsini, turizm və rekreasiya üçün şərait yaradılmasını təmin etmək;

2.0.4. əhalinin mənəvi və estetik tələbatının ödənilməsi, istirahətinin təşkili, habelə sağlamlığının möhkəmləndirilməsi üçün teatrlaşdırılmış tamaşaların, kütləvi bayram proqramlarının, konsertlərin, musiqi və rəqs gecələrinin, sərgilərin, intellektual yarışların və idman tədbirlərinin keçirilməsini təmin etmək.

3. İdarənin vəzifələri

3.0. İdarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. fəaliyyət istiqamətləri üzrə Dənizkənarı bulvarın fəaliyyəti, mühafizəsi, perspektiv inkişafı və bərpası sahəsində dövlət proqramları və inkişaf konsepsiyaları layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.2. İdarənin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı digər icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir;

3.0.3. Dənizkənarı bulvarın ərazisində hər hansı bərpa, təmir-inşaat, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş qaydada ekspertizasının keçirilməsi üçün tədbirlər görür, layihə və smeta sənədlərini müvafiq qurumlarla razılaşdırır və təsdiq edir, işlərin təsdiq olunmuş layihə sənədlərinə uyğun aparılmasının monitorinqini təşkil edir;

3.0.4. Azərbaycan Respublikasının Dövlət bayrağının mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ edir;

3.0.5. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müasir elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

3.0.6. dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının aidiyyəti üzrə ayrılan vəsaitlərindən, kredit, qrant və digər maliyyə vəsaitlərindən təyinatına uyğun istifadə olunmasını təmin edir;

3.0.7. Azərbaycan Respublikasının Dövlət bayrağının və Dövlət Bayrağı Muzeyinin beynəlxalq və ölkə səviyyəsində təbliğini təşkil edir;

3.0.8. öz fəaliyyəti haqqında, habelə Dənizkənarı bulvar ərazisində keçiriləcək tədbirlər barədə məlumatların yerləşdirilməsini təmin edir;

3.0.9. fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görür;

3.0.10. Dənizkənarı bulvarın ərazisində törədilmiş inzibati xətalar və digər hüquq pozuntuları barədə müvafiq dövlət orqanlarına müraciət edir;

3.0.11. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

3.0.12. İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə təkliflər verir;

3.0.13. İdarənin fəaliyyəti ilə bağlı daxil olan təklif və müraciətlərə baxır və müvafiq tədbirlər görür;

3.0.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

4. İdarənin hüquqları

4.0. İdarə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. Dənizkənarı bulvarın fəaliyyəti, mühafizəsi, perspektiv inkişafı və bərpası ilə bağlı hüquqi aktların hazırlanmasında iştirak etmək və təkliflər vermək;

4.0.2. fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.0.3. strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə Dənizkənarı bulvar ərazisində pullu kommunal xidmətlərinin, nəqliyyat vasitələrinin parklanması xidmətlərinin, kiçikhəcmli gəzinti gəmiləri ilə sahilyanı dəniz gəzintiləri xidmətlərinin, habelə daimi və mövsümi xarakter daşıyan ticarət xidmətlərin göstərilməsini təşkil etmək;

4.0.4. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dənizkənarı bulvar ərazisində reklam yerləşdirmək üçün icazə vermək, müvafiq müqavilə bağlamaq, habelə reklama dair texniki şərtlər pasportunu hazırlamaq;

4.0.5. bayram günlərində Dənizkənarı bulvar ərazisində atəşfəşanlığın təşkili üçün tədbirlər görmək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə məlumatlar (sənədlər) almaq məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək, bu sahədə beynəlxalq təcrübəni öyrənmək;

4.0.8. fəaliyyət istiqamətləri üzrə təhlil aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;

4.0.9. fəaliyyət istiqamətləri üzrə işçilərin peşə hazırlığının artırılması üçün xüsusi seminarlar təşkil etmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər tədbirlərdə iştirakını təmin etmək;

4.0.10. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.0.11. fəaliyyət istiqamətləri üzrə, bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait dairəsində, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.0.12. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. İdarənin fəaliyyətinin təşkili

5.1. İdarənin aparatı və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) İdarənin vahid sistemini təşkil edir. İdarə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. İdarənin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

5.3. İdarənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.4. İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. İdarənin rəisi İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.5. İdarə rəisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. İdarə rəisinin müavinləri İdarə rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.6. İdarənin rəisi:

5.6.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.6.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə İdarənin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.6.3. İdarənin aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir, strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) nizamnamələrini isə təsdiq olunmaq üçün təqdim edir;

5.6.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində İdarənin aparatının və İdarənin strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

5.6.5. İdarənin aparatının işçilərini, İdarənin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.6.6. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.6.7. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;

5.6.8. İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.6.9. İdarəni təmsil edir;

5.6.10. İdarənin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

5.7. İdarənin rəisinin, rəisin müavinlərinin və aparatın işçilərinin əməyinin ödənilməsi normaları və digər təminatlar, müvafiq olaraq Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, onların müavinlərinin və aparat işçilərinin əməyinin ödənilməsi normalarına və təminatlarına bərabər tutulur.

5.8. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün İdarədə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında Əsasnaməni İdarənin rəisi təsdiq edir.

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 20 aprel tarixli

Fərmanı ilə təsdiq edilmişdir 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında

Dənizkənarı Bulvar İdarəsinin

strukturu

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparatı.

 

21 Aprel 2016, 09:04

http://www.azertag.net

2081—2090 / 10511

15 May 2020, 08:05

Qusar rayonunda həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 May 2020, 08:05

Azərbaycan Tibb Universitetinin 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 May 2020, 08:05

T.Q.Piriyevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 May 2020, 09:05

A.B.Qocayevin Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 May 2020, 09:05

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

14 May 2020, 09:05

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

14 May 2020, 09:05

Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 May 2020, 09:05

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli, “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2006-cı il 23 fevral tarixli 372 nömrəli, “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” 2011-ci il 21 dekabr tarixli 548 nömrəli, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2012-ci il 13 iyul tarixli 681 nömrəli, “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 1 fevral tarixli 810 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2016-cı il 11 aprel tarixli 858 nömrəli və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

14 May 2020, 09:05

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2004-cü il 11 iyun tarixli 252 nömrəli, “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2005-ci il 8 iyun tarixli 847 nömrəli, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2008-ci il 16 aprel tarixli 2761 nömrəli, “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2008-ci il 13 iyun tarixli 2868 nömrəli, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2009-cu il 20 iyul tarixli 383 nömrəli, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli 885 nömrəli, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” 2013-cü il 24 iyul tarixli 3017 nömrəli, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2014-cü il 10 yanvar tarixli 213 nömrəli, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 27 fevral tarixli 289 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 May 2020, 09:05

Azərbaycan Respublikası Prezidentinin “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 8 may tarixli 442 nömrəli, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 18 mart tarixli 1121 nömrəli, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2015-ci il 4 may tarixli 1206 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli 2032 nömrəli və “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...