“Heydər Əliyev” ordeninintəsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
“Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 291) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qanunla təsdiq edilmiş “Heydər Əliyev” ordeninin təsviri”ndə:
1.1. birinci hissədə “və nişandan” sözləri “, nişandan və döş nişanından” sözləri ilə əvəz edilsin;
1.2. on dördüncü hissə ləğv edilsin;
1.3. aşağıdakı məzmunda on beşinci - iyirmi üçüncü hissələr əlavə edilsin:
“Heydər Əliyev” ordeninin döş nişanı üzərinə ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarətdir. Altlığın dörd guşəsinin hər birində yerləşən səkkizguşəli ulduz formalı elementin hər birinə 1 ədəd brilyant daş bərkidilir.
Altlığın üzərində, guşələri altlığın guşələrinə çarpaz olmaqla, göy minalı dördguşəli ornamentli lövhə yerləşdirilir. Göy minalı ornamentin dörd guşəsinin hər birinə 1 ədəd brilyant daş bərkidilir.
Döş nişanının mərkəzində tünd qırmızı mina ilə örtülmüş lövhə, lövhənin mərkəzində Heydər Əliyevin barelyefi yerləşir. Barelyef çarpazlaşmış, kvadratşəkilli iki çərçivə ilə haşiyələnir. Hər çərçivəyə 56 ədəd brilyant daş bərkidilir.
Döş nişanı 28 mm x 28 mm ölçüdədir, arxa hissəsinə seriyası və nömrəsi həkk olunur.
Döş nişanı paltara bərkidilmək üçün elementi olan 23 mm x 16 mm ölçülü lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin mərkəzində qabarıq hərflərlə yazılmış “HEYDƏR ƏLİYEV” sözlərindən yuxarıda və aşağıda, hər sırada 14 ədəd olmaqla, lövhənin qabarıq kənarları boyunca 28 ədəd brilyant daş bərkidilir.
Döş nişanına paltara bərkidilmək üçün elementi olan 24 mm x 9 mm ölçülü qəlib əlavə olunur. Qəlib Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən və hər birinin eni 8 mm olan üç şaquli zolaqdan ibarət lentlə örtülür. Qəlibin mərkəzinə “Heydər Əliyev” ordeninin döş nişanının formasına uyğun, Heydər Əliyevin barelyefi yerləşdirilmiş hissəsi tünd qırmızı mina ilə örtülmüş, 6 mm x 6 mm ölçülü hissə bərkidilir.
Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanır.
Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37 karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur.
Ordenin hazırlanmasında istifadə olunmuş qiymətli metalların və qiymətli daşların çəkisi (texnoloji proses zamanı yarana biləcək fərqlər nəzərə alınmaqla) və miqdarı ordenin əmtəə sertifikatında göstərilir.”.
2. “Heydər Əliyev” ordeninin döş nişanının bu Qanuna əlavə olunmuş rəngli təsviri “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununa əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il.
11 Mart 2014, 14:03
22 Sentyabr 2014, 09:09
Qordon Yanq Birrellin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
22 Sentyabr 2014, 09:09
Alesder Darley Şeferd Kukun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
22 Sentyabr 2014, 09:09
Mali Respublikasının Prezidenti Zati-aliləri cənab İbrahim Bubakar Keytaya ətraflı...
22 Sentyabr 2014, 09:09
Malta Respublikasının Prezidenti Zati-aliləri xanım Mari-Luiz Koleyro Prekaya ətraflı...
19 Sentyabr 2014, 10:09
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilməsi haqqında ətraflı...
19 Sentyabr 2014, 10:09
"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında ətraflı...
19 Sentyabr 2014, 10:09
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
19 Sentyabr 2014, 09:09
E.T.Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
19 Sentyabr 2014, 09:09
E.T.Abdullayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında ətraflı...
17 Sentyabr 2014, 09:09
Rəfiq Zəka Xəndanın 75 illik yubileyinin keçirilməsi haqqında ətraflı...