Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin müəyyən edilməsi məqsədi ilə qərara alır:
1. “Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Zəhərli maddələrin Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2016-cı il.
19 Aprel 2016, 09:0424 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...