Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na uyğun olaraq mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sistemi formalaşdırmaq və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılsın.
2. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aşağıdakı regional idarələri yaradılsın:
2.1. Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi;
2.2. Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi;
2.3. İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayon mədəniyyət və turizm şöbələrinin bazasında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi;
2.4. Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsi;
2.5. Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi;
2.6. Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi;
2.7. Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsi;
2.8. Gəncə və Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi;
2.9. Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayon mədəniyyət və turizm şöbələrinin bazasında Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi;
2.10. Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi;
2.11. Ağdaş, Ucar, Zərdab və Göyçay rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi;
2.12. Şirvan şəhər, Sabirabad, Saatlı, və Hacıqabul rayon mədəniyyət və turizm şöbələrinin bazasında Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi;
2.13. Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon mədəniyyət və turizm şöbələrinin bazasında Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi;
2.14. Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət və Turizm İdarəsi;
2.15. Lənkəran şəhər, Astara və Lerik rayon mədəniyyət və turizm şöbələrinin bazasında Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi.
3. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin abidə mühafizəçiləri ştatları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
4.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi mədəniyyət sahəsinin 2017-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2016-cı il.
30 Mart 2016, 09:0311 Fevral 2014, 09:02
“Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 869-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
11 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
11 Fevral 2014, 09:02
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 873-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
11 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
11 Fevral 2014, 09:02
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 872-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
11 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
11 Fevral 2014, 09:02
“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 870-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
11 Fevral 2014, 09:02
“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
11 Fevral 2014, 08:02
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında ətraflı...
11 Fevral 2014, 08:02
“Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...