Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 40.0.3-cü maddədə “Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin.
2. 416-cı maddə üzrə:
2.1. maddənin adında və 416.0-cı maddədə “peşəkar” sözü “lisenziyalaşdırılan” sözü ilə əvəz edilsin;
2.2. 416.0.1-ci maddədə “broker” sözü “investisiya şirkəti” sözləri ilə əvəz edilsin;
2.3. 416.0.2-ci, 416.0.4-cü və 416.0.6-cı maddələr ləğv edilsin;
2.4. 416.0.5-ci maddədə “depozitar” sözü “investisiya fondunun depozitarı” sözləri ilə əvəz edilsin.
3. 417-ci maddə ləğv edilsin.
4. 419-cu maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: Bu Məcəllənin 419-cu maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.”.
5. 421-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 421. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən hesabatın və ya məlumatların verilməsindən imtina etmə və ya yayınma, yaxud təhrif edilmiş məlumatın verilməsi
Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə -
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.”.
6. 422-ci maddənin adında və dispozisiyasında “bazarının iştirakçısı” sözləri “bazarında lisenziyalaşdırılan şəxslər və emitent” sözləri ilə əvəz edilsin.
7. 429.0.2-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “yaratdığı qurumun” sözləri əlavə edilsin.
8. 433-cü maddədə “vəzifəli şəxslər” sözlərindən sonra “min” sözü əlavə edilsin, “min beş yüz” sözləri isə “on min” sözləri ilə əvəz edilsin.
9. 434-cü maddədə “beş yüz” sözləri “iki min” sözləri ilə, “min beş yüz” sözləri isə “on iki min” sözləri ilə əvəz edilsin.
10. 435-ci maddədə “Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri ilə, “min” sözü isə “iki min beş yüz” sözləri ilə əvəz edilsin.
11. 437-ci maddə ləğv edilsin.
12. 439.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“439.1. Bank statistikası hesabatlarının müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə-
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.”.
13. 439.2-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
“439.2. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial hesabatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, maliyyə hesabatlarının isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə-”.
14. 440-cı maddədə “beş yüz manatdan yeddi yüz” sözləri “min beş yüz manatdan iki min” sözləri ilə, “beş min manatdan yeddi” sözləri isə “on min manatdan on iki” sözləri ilə əvəz edilsin.
15. 463-cü maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə, “dörd yüz manatdan yeddi” sözləri isə “min manatdan min beş” sözləri ilə əvəz edilsin.
16. 548-ci maddə üzrə:
16.1. maddənin adında “Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının” sözləri “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri ilə əvəz edilsin;
16.2. 548.1-ci maddənin:
16.2.1. dispozisiyasında “Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı” sözləri “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin;
16.2.2. sanksiyasında “səkkiz yüz manatdan doqquz” sözləri “min manatdan min beş” sözləri ilə, “üç min manatdan dörd” sözləri isə “altı min manatdan on” sözləri ilə əvəz edilsin.
16.3. 548.2-ci maddədə “Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının” sözləri “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri ilə, “qiymətli kağızlar bazarının iştirakçıları” sözləri isə “maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent” sözləri ilə əvəz edilsin;
16.4. aşağıdakı məzmunda 548.3-cü maddə əlavə edilsin:
“548.3 Bank fəaliyyətinə dair prudensial normativlərin və tələblərin pozulması aşkar edildikdə, həmin pozuntunun aradan qaldırılması barədə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişinin vaxtında icra edilməməsinə görə -
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.
18 Mart 2016, 10:035 Fevral 2021, 16:02
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Fevral 2021, 16:02
Yüen Sikunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Fevral 2021, 16:02
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə, 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə, 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə, 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nda, 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə, 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə, 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə və 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Fevral 2021, 19:02
V.Ə.Süleymanovun Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Fevral 2021, 19:02
A.T.Həsənovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Fevral 2021, 19:02
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Fevral 2021, 19:02
“Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Fevral 2021, 19:02
R.T.Hacıyevin Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
3 Fevral 2021, 20:02
A.Q.Rəhimzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
3 Fevral 2021, 20:02
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...