“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanını “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1372-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 386; 2002, № 1, maddə 14; 2006, № 9, maddə 743, № 11, maddə 943; 2007, № 11, maddə 1115; 2008, № 1, maddə 8, № 6, maddə 498; 2010, № 8, maddə 723; 2013, № 3, maddə 241, № 5, maddə 498; 2015, № 9, maddə 1004) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci abzasa “Qanununun” sözündən sonra “1-ci maddəsinin beşinci hissəsində birinci halda, 5-ci maddəsinin adında, birinci hissəsində birinci halda və ikinci hissəsində birinci halda, 7-ci maddəsinin ikinci hissəsində birinci halda və üçüncü hissəsində ikinci halda, 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində ikinci halda və ikinci cümləsində birinci halda, 14-cü maddəsinin birinci hissəsində ikinci halda, 20-ci maddəsinin birinci hissəsinin birinci cümləsində birinci halda, ikinci hissəsində ikinci halda və üçüncü hissəsində, 21-ci maddəsinin birinci hissəsində,” sözləri, “22-ci maddəsinin birinci hissəsində” sözlərindən sonra “, 25-ci maddəsinin altıncı hissəsində birinci halda və 27-ci maddəsinin ikinci hissəsində birinci halda” sözləri əlavə edilsin və “7-ci maddəsinin ikinci hissəsində və üçüncü hissəsində ikinci halda” sözləri “7-ci maddəsinin ikinci hissəsində ikinci halda və üçüncü hissəsində üçüncü halda” sözləri ilə əvəz edilsin.

2. Dördüncü abzasda “1-ci maddəsinin beşinci hissəsində ikinci” sözləri “1-ci maddəsinin beşinci hissəsində üçüncü” sözləri ilə, “5-ci maddəsinin birinci hissəsində” sözləri “5-ci maddəsinin birinci hissəsində ikinci halda” sözləri ilə, “13-cü maddəsinin birinci və ikinci hissələrinin ikinci cümlələrində, 14-cü maddəsinin birinci və ikinci hissələrində” sözləri “13-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində ikinci halda və ikinci hissəsinin ikinci cümləsində, 14-cü maddəsinin birinci hissəsində birinci halda və ikinci hissəsində” sözləri ilə, “20-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində və ikinci hissəsində” sözləri “20-ci maddəsinin birinci hissəsinin birinci cümləsində ikinci halda, ikinci cümləsində və ikinci hissəsində birinci halda” sözləri ilə, “25-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində və altıncı hissəsində” sözləri “25-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində və altıncı hissəsində ikinci halda” sözləri ilə, “27-ci maddəsinin ikinci hissəsində” sözləri “27-ci maddəsinin ikinci hissəsində ikinci halda” sözləri ilə əvəz edilsin.

3. Səkkizinci abzasda “5-ci maddəsinin ikinci hissəsində” sözləri “5-ci maddəsinin ikinci hissəsində ikinci halda” sözləri ilə əvəz edilsin.

4. Doqquzuncu abzasda “13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində” sözləri “13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində birinci halda” sözləri ilə əvəz edilsin.

5. On birinci abzasda “1-ci maddəsinin beşinci hissəsində hər iki halda, 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində” sözləri “1-ci maddəsinin beşinci hissəsində ikinci və üçüncü hallarda, 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində birinci halda” sözləri ilə, “5-ci maddəsinin birinci və ikinci hissələrində” sözləri “5-ci maddəsinin birinci və ikinci hissələrində ikinci hallarda” sözləri ilə, “13-cü maddəsinin birinci və ikinci hissələrinin ikinci cümlələrində, 14-cü maddəsinin birinci və ikinci hissələrində” sözləri “13-cü maddəsinin ikinci cümləsində ikinci halda və ikinci hissəsinin ikinci cümləsində, 14-cü maddəsinin birinci hissəsində birinci halda və ikinci hissəsində” sözləri ilə, “20-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində və ikinci hissəsində” sözləri “20-ci maddəsinin birinci hissəsinin birinci cümləsində ikinci halda, ikinci cümləsində və ikinci hissəsində birinci halda” sözləri ilə, “25-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində və altıncı hissəsində” sözləri “25-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində və altıncı hissəsində ikinci halda” sözləri ilə, “27-ci maddəsinin ikinci hissəsində” sözləri “27-ci maddəsinin ikinci hissəsində ikinci halda” sözləri ilə əvəz edilsin.

6. On ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on üçüncü abzas əlavə edilsin:

“həmin Qanunun 1-ci maddəsinin beşinci hissəsində, 5-ci maddəsinin adında, birinci və ikinci hissələrində, 7-ci maddəsinin ikinci və üçüncü hissələrində, 13-cü maddəsinin birinci hissəsində, 14-cü maddəsinin birinci hissəsində, 20-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində, 21-ci maddəsinin birinci hissəsində, 25-ci maddəsinin altıncı hissəsində və 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 mart 2016-cı il.

18 Mart 2016, 09:03

http://www.azertag.net

9281—9290 / 10511

13 Noyabr 2014, 10:11

"Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında   ətraflı...

13 Noyabr 2014, 10:11

"Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

13 Noyabr 2014, 10:11

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...

13 Noyabr 2014, 09:11

Mərkəzi Seçki Komissiyasının 5 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

13 Noyabr 2014, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

13 Noyabr 2014, 09:11

51 saylı Qusar seçki dairəsi dairə seçki komissiyasının üzvü Cəlil Qeysəddin oğlu İbrahimovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə   ətraflı...

13 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması Qaydası haqqında   ətraflı...

11 Noyabr 2014, 09:11

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə   ətraflı...

11 Noyabr 2014, 09:11

M.M.Həsənova və H.M.Məmmədova “Əməkdar mühəndis”fəxri adının verilməsi haqqında   ətraflı...

11 Noyabr 2014, 09:11

Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...