Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2016-cı ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq artisti Nəsibə Cahangir qızı Zeynalovanın 100 illiyi tamam olur.

 

Nəsibə xanım Zeynalova qüdrətli sənətkar kimi parlaq yaradıcılıq yolu keçmiş və yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyəti salnaməsində silinməz iz qoymuşdur. Onun milli teatr səhnəsində və ekran əsərlərində insan təbiətinin mürəkkəbliklərini məharətlə canlandırdığı silsilə xarakterlər özünün dərin xəlqiliyi və ifadə vasitələrinin əlvanlığı ilə seçilən nadir sənət inciləridir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş böyük sənətkar Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 mart 2016-cı il.

18 Mart 2016, 09:03

http://www.azertag.net

1111—1120 / 10511

6 Sentyabr 2021, 17:09

Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

6 Sentyabr 2021, 17:09

F.Ş.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

6 Sentyabr 2021, 17:09

S.R.Şərifovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Sentyabr 2021, 20:09

Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması mexanizminin təkmilləşdirilməsi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Sentyabr 2021, 20:09

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Sentyabr 2021, 20:09

Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Sentyabr 2021, 20:09

Mərkəzi Seçki Komissiyasının 19 avqust 2021-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

3 Sentyabr 2021, 20:09

Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

3 Sentyabr 2021, 20:09

Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

2 Sentyabr 2021, 18:09

“Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...