“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 604; 2007, № 5, maddə 442; 2008, № 11, maddə 958; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1148) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.0.20-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.0.21-ci maddə əlavə edilsin:
“1.0.21. maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.”.
1.2. 13-1.2-ci, 13-2-ci, 13-3.2-ci, 13-3.3-cü, 13-3.5-ci və 13-4-cü (13-4.1-ci maddə istisna olmaqla) maddələrdə ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
1.3. 13-3-cü maddə üzrə:
1.3.1. 13-3.1-ci maddədə “Bu Qanunda” sözlərindən sonra “, maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilsin.
1.3.2. 13-3.4-cü maddədə “Mərkəzi Bankla birlikdə” sözləri “maliyyə bazarlarına nəzarət orqanı ilə birlikdə” sözləri ilə əvəz edilsin.
1.4. 13-4-cü maddə üzrə:
1.4.1. adında və 13-4.1-ci maddədə “dövlət nəzarəti” sözləri “nəzarət” sözü ilə əvəz edilsin;
1.4.2. 13-4.1-ci maddədə “Mərkəzi Bank” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanı və” sözləri əlavə edilsin.
1.5. Aşağıdakı məzmunda 13-6-cı maddə əlavə edilsin:
“Maddə 13-6. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar
Poçt rabitəsinin milli operatoru maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.”.
Maddə 2. Bu Qanun qüvvəyə mindiyi tarixədək poçt rabitəsinin milli operatorunun maliyyə xidmətləri sahəsində fəaliyyətinə verilmiş lisenziyalar, habelə həmin fəaliyyətdən irəli gələrək verilmiş icazələr qanunla müəyyən edilmiş hallarda ləğv edilənədək öz qüvvəsini saxlayır və onların yenidən rəsmiləşdirilməsi tələb olunmur.
Maddə 3. Maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək poçt rabitəsinin milli operatorunda maliyyə xidmətlərinin yoxlanılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.
11 Mart 2016, 10:038 Noyabr 2016, 09:11
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında ətraflı...
8 Noyabr 2016, 09:11
Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
8 Noyabr 2016, 09:11
Y.H.Davıdova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
8 Noyabr 2016, 09:11
K.S.İmanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
8 Noyabr 2016, 09:11
Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında ətraflı...
8 Noyabr 2016, 09:11
Televiziya və radio işçilərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
8 Noyabr 2016, 09:11
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
8 Noyabr 2016, 09:11
Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
7 Noyabr 2016, 09:11
Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
7 Noyabr 2016, 09:11
Bakı şəhəri Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...