“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485, 2001, №12, maddə 736; 2010, №10, maddə 839) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5-ci maddə üzrə:
1.1.1. 8-ci hissədə “qaydada” sözündən sonra “maliyyə bazarlarına nəzarət orqanından” sözləri əlavə edilsin;
1.1.2. 9-cu və 10-cu hissələrdə “Bank fəaliyyətinə xüsusi razılıq verən orqan” sözləri “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
1.2. 9-cu maddənin 1-ci hissəsində “bank fəaliyyəti üçün xüsusi razılıq verən orqana” sözləri “maliyyə bazarlarına nəzarət orqanına” sözləri ilə əvəz edilsin.
1.3. 17-ci maddənin 2-ci hissəsində və 18-ci maddənin 2-ci hissəsində “bank fəaliyyətinə xüsusi razılıq verən orqan” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
Maddə 2. Maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək kredit ittifaqlarında kredit fəaliyyətinin yoxlanılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.
11 Mart 2016, 09:0324 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...