“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839; 2011, № 7, maddə 612; 2014, №11, maddə 1371; 2015, № 6, maddə 684, № 11, maddə 1296) aşağıdakı dəyişikliklər edilsin:
1.1. qanunun preambulasından “hüquqi” sözü çıxarılsın;
1.2. 2-ci maddə üzrə:
1.2.1. maddənin adından “hüquqi” sözü çıxarılsın;
1.2.2. 2.1-ci maddədə “dövlət orqanıdır” sözləri “publik hüquqi şəxsdir” sözləri ilə əvəz edilsin;
1.2.3. 2.2-ci maddənin birinci cümləsində “kapitalına” sözü “fonduna” sözü ilə, üçüncü cümləsində isə “kapitalının” sözü “fondunun” sözü ilə əvəz edilsin.
1.3. 4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“4.2. Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir.”;
1.4. 5-ci maddə üzrə:
1.4.1. 5.0.7-ci maddə ləğv edilsin;
1.4.2. 5.0.8-ci maddədə “ödəniş” sözündən əvvəl “banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan” sözləri əlavə edilsin.
1.5. 9.3-cü maddədə “pul, valyuta və bank nəzarəti” sözləri “pul və valyuta siyasəti” sözləri ilə əvəz edilsin;
1.6. 10-cu maddə üzrə:
1.6.1. 10.1-ci və 10.3-cü maddələrdə “kapitalından” sözü “fondundan” sözü ilə əvəz edilsin;
1.6.2. 10.2-ci maddədə “kapitalı” sözü “fondu” sözü ilə əvəz edilsin.
1.7. 21.9-cu maddədə “nəzarət etdiyi kredit təşkilatlarında” sözləri “və maliyyə bazarlarına nəzarət orqanının nəzarət etdiyi subyektlərdə” sözləri ilə əvəz edilsin;
1.8. 22.0.9-cu–22.0.12-ci, 29.1.6-cı və 35-ci maddələr ləğv edilsin;
1.9. 32.1-ci maddənin üçüncü cümləsində “saxlanması qaydası” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla” sözləri əlavə edilsin;
1.10. 37.0.5-ci maddədən “və kredit təşkilatlarında” sözləri çıxarılsın;
1.11. 44-cü maddə üzrə:
1.11.1. 44.1-ci maddədə “Mərkəzi Bank” sözlərindən sonra “yaratdığı banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan” sözləri əlavə edilsin, həmin maddədən “, o cümlədən hesablaşma və klirinq (prosesinq)” sözləri çıxarılsın;
1.11.2. 44.2-ci, 44.4-cü-44.6-cı maddələr ləğv edilsin;
1.11.3. 44.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“44.3. Mərkəzi Bank yaratdığı banklararası mərkəzləşdirilmiş ödəniş və digər lisenziyalaşdırılmayan sistemlərində nağdsız hesablaşmaların aparılması qaydalarını və şərtlərini, habelə istifadə olunan ödəniş sənədlərinin forma və məzmununu müəyyən edir.”.
1.12. 46.1-ci və 47-ci maddələr ləğv edilsin;
1.13. 48-ci maddə üzrə:
1.13.1. 48.1.1-ci maddədə “bank fəaliyyəti üzrə” sözləri “qanunla səlahiyyətinə aid edilmiş məsələlər üzrə” sözləri ilə əvəz edilsin;
1.13.2. 48.1.2-ci-48.1.5-ci, 48.1.6-1-ci, 48.1.7-ci-48.1.13-cü və 48.2-ci maddələr ləğv edilsin;
1.13.3. 48.1.6-cı maddədə “və qaydada” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla” sözləri əlavə edilsin.
1.14. 49-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 49. Sonuncu instansiya kreditoru
Bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 (altı) aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 (iki) bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir.”;
1.15. 51-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 51. Beynəlxalq əməkdaşlıq
Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlərlə əlaqədar beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müvafiq təşkilatları ilə əməkdaşlıq edə bilər.”;
1.16. 52-ci maddədə “maliyyə sektorunun digər seqmentlərində tənzimləmə və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanları” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin;
1.17. 53-cü maddədən “lisenziyalaşdırma,” sözləri çıxarılsın;
1.18. 63-cü maddədə “yerli özünüidarəetmə orqanlarından,” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanından,” sözləri əlavə edilsin;
1.19. 64.3-cü maddədə “məlumatı” sözündən sonra “maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla” sözləri əlavə edilsin.
Maddə 2. Bu Qanun qüvvəyə mindiyi günədək Mərkəzi Bankın qəbul etmiş olduğu normativ xarakterli aktlar həmin aktlarla tənzimlənən məsələlərə dair normativ xarakterli aktlar qəbul etmək səlahiyyəti olan maliyyə bazarlarına nəzarət orqanının aktları qüvvəyə minənədək öz hüquqi qüvvəsini saxlayır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.
10 Mart 2016, 10:0320 Fevral 2023, 14:02
Azərbaycan Respublikası Prezidentinin “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 2008-ci il 11 noyabr tarixli 12 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 21 may tarixli 920 nömrəli, “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 22 fevral tarixli 1255 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
20 Fevral 2023, 14:02
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 789-VIQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
20 Fevral 2023, 14:02
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Fevral 2023, 15:02
N.K.Əliyevin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 Fevral 2023, 15:02
Ö.H.Eldarovun Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 Fevral 2023, 07:02
Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 Fevral 2023, 07:02
Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Fevral 2023, 11:02
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Fevral 2023, 11:02
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
11 Fevral 2023, 11:02
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...