“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 79; 2009, № 6, maddə 400; Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 100-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 2.1.5-1-ci maddə əlavə edilsin:
“2.1.5-1. Maliyyə bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında tənzimlənmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.”.
2. 2.1.9-cu maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank)” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
3. 2.1.10-cu maddədə “Mərkəzi Bank” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
4. 3.3-cü maddədə “Mərkəzi Bankda” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin.
5. 3.4-cü, 4.1.7-ci, 8.1.20-ci, 12.1-ci, 13.5-ci, 13.6-cı, 17.2-ci, 21-ci (adı), 21.1.1-ci, 21.1.2-ci, 21.2-ci, 22.4-cü, 27.1-ci və 29.2-ci maddələr istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
6. 3.4-cü maddəyə ismin müvafiq hallarında “dövlət” sözündən sonra ismin müvafiq hallarında “, maliyyə bazarlarına nəzarət orqanı” sözləri əlavə edilsin.
7. 6.2-ci maddədə “Mərkəzi Bankın üç nümayəndəsi” sözləri “maliyyə bazarlarına nəzarət orqanının iki nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi” sözləri ilə əvəz edilsin.
8. 7.1-ci maddənin ikinci cümləsində “və ya icraçı direktorun” sözləri “, icraçı direktorun və ya maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilsin.
9. 8.1.20-ci maddəyə “Mərkəzi Bankla” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanı və” sözləri əlavə edilsin.
10. 21-ci maddə üzrə:
10.1. adında “Mərkəzi Bankla” sözləri “maliyyə bazarlarına nəzarət orqanı, Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
10.2. 21.1.1-ci və 21.1.2-ci maddələrə “Mərkəzi Banka” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanına və” sözləri əlavə edilsin;
10.3. 21.2-ci maddəyə “və Mərkəzi Bankın” sözlərindən əvvəl “, maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilsin.
11. 22.4-cü maddəyə “və Mərkəzi Banka” sözlərindən əvvəl “, maliyyə bazarlarına nəzarət orqanına” sözləri əlavə edilsin.
12. 29-cu maddə üzrə:
12.1. 29.1-ci maddədə “Bu Qanunun qüvvəyə mindiyi günə bank lisenziyasında əmanətlərin qəbuluna icazəsi olan və məcmu kapitalın minimal məbləğini, adekvatlıq normalarını, habelə öhdəliklərini yerinə yetirən banklar” sözləri “Bank lisenziyası almış və fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququ əldə etmiş banklar” sözləri ilə əvəz edilsin;
12.2. 29.2-ci maddə ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.
10 Mart 2016, 09:0328 Oktyabr 2014, 09:10
Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Miloş Zemana ətraflı...
28 Oktyabr 2014, 09:10
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
28 Oktyabr 2014, 09:10
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
27 Oktyabr 2014, 09:10
E.M. Ramazanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
27 Oktyabr 2014, 09:10
Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova ətraflı...
27 Oktyabr 2014, 09:10
Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Haynts Fişerə ətraflı...
23 Oktyabr 2014, 09:10
Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə ətraflı...
22 Oktyabr 2014, 09:10
23 dekabr 2014-cü il ilə təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrəəsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə ətraflı...