“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261) aşağıdakı dəyişikliklər edilsin:
1.1. mətn üzrə ismin müvafiq hallarında “dövlət tənzimlənməsi və nəzarəti” sözləri ismin müvafiq hallarında “tənzimlənmə və nəzarət” sözləri ilə əvəz edilsin;
1.2. 1.1.7-ci, 26.5-ci, 34.2-ci, 43.1.6-cı və 53.3-cü maddələrə “normativ hüquqi” sözlərindən sonra “və normativ xarakterli” sözləri əlavə edilsin;
1.3. 24.4-cü, 25.3-cü, 36.1.9-cu və 38.2.1-ci maddələr istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “aktivlərin idarə edilməsi” sözləri ismin müvafiq hallarında “investisiya fondlarının idarə edilməsi” sözləri ilə əvəz edilsin;
1.4. 1.1.9-cu maddədə “qiymətli kağızlar bazarında peşəkar” sözləri “lisenziyalaşdırılan” sözləri ilə əvəz edilsin;
1.5. 1.1.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.1.11. investisiya fondunun depozitarı (bundan sonra - depozitar) – investisiya fondunun depozitarı fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan şəxsdir;”;
1.6. 1.1.14-cü maddə aşağıdakı redaksiyada verilsin:
“1.1.14. maliyyə bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında tənzimlənmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;”;
1.7. mətn üzrə ismin müvafiq hallarında “nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin;
1.8. 2.1-ci maddəyə “aktları,” sözündən sonra “maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları,” sözləri əlavə edilsin;
1.9. mətn üzrə ismin müvafiq hallarında “investisiya fondlarının dövlət reyestri” sözləri ismin müvafiq hallarında “investisiya fondlarının və onların idarəçilərinin dövlət reyestri” sözləri ilə əvəz edilsin;
1.10. 4.1-ci maddənin 2-ci cümləsinə “fondlarının” sözündən sonra “və onların idarəçilərinin” sözləri, “fondları” sözündən sonra “və onların idarəçiləri” sözləri əlavə edilsin;
1.11. 4.2-ci maddədə “səhmdar investisiya fondu fəaliyyətinə” sözləri “müvafiq” sözü ilə əvəz edilsin;
1.12. 5.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“5.9. Səhmdar investisiya fondunun səhm mülkiyyətçilərinin reyestri mərkəzi depozitar tərəfindən aparılır.”;
1.13. 7.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“7.5. Səhmdar investisiya fondunun səhmləri ilə əqdlər investisiya şirkətləri vasitəsilə bağlanılır.”;
1.14. 7.6-cı maddədə “dövlət qeydiyyatına alındıqdan” sözləri “təsdiq edildikdən” sözləri ilə əvəz edilsin;
1.15. 11.1-ci, 23.3-cü, 25.2-ci, 29.1-ci, 30.1-ci, 31.3-cü və 48.1.2-ci maddələrdə “hüquqi” sözü “xarakterli” sözü ilə əvəz edilsin;
1.16. 20.2-ci maddədə “qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcı” sözləri “mərkəzi depozitar” sözləri ilə əvəz edilsin;
1.17. 24.2-ci maddənin 2-ci cümləsində “peşəkar” sözü “lisenziyalaşdırılan” sözü ilə əvəz edilsin;
1.18. 24.3-cü, 34.1-ci, 46.1-ci və 48.1.12-ci maddələrdə ismin müvafiq hallarında “qanunvericilik aktları” sözləri ismin müvafiq hallarında “normativ hüquqi və normativ xarakterli aktlar” sözləri ilə əvəz edilsin;
1.19. 24.4-cü, 25.3-cü, 36.1.9-cu və 38.2.1-ci maddələrdən “aktivlərinin” sözü çıxarılsın;
1.20. 28.4-cü maddədə “reyestrsaxlayıcısı” sözü “mərkəzi depozitar” sözləri ilə əvəz edilsin;
1.21. 28.10-cu, 37.3-cü və 39.3-cü maddələrin birinci cümlələrindən “digər” sözü çıxarılsın, həmin maddələrin ikinci cümlələrində ismin müvafiq hallarında “tələb” sözü “sorğu” sözü ilə əvəz edilsin;
1.22. 39-cu maddə üzrə:
1.22.1. 39.2-ci maddənin üçüncü cümləsində və 39.4-cü maddədə “40.1-ci maddəsində” sözləri “39.1-ci maddəsində” sözləri ilə əvəz edilsin;
1.22.2. 39.5.1-ci maddə “39-cu maddəsində” sözləri “38-ci maddəsində” sözləri ilə, “40.2-ci maddəyə” sözləri “39.2-ci maddəyə” sözləri ilə əvəz edilsin.
1.23. 40.6-cı maddədə “39.1.5-ci maddəsində” sözləri “38.1.5-ci maddəsində” sözləri ilə əvəz edilsin;
1.24. 41.1.10-cu maddədə “qanunvericiliyin” sözü “hüquqi aktların” sözləri ilə əvəz edilsin;
1.25. 47.13-cü maddədə “depozitarın və reyestrsaxlayıcının” sözləri “mərkəzi depozitarın” sözləri ilə əvəz edilsin;
1.26. 51-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 51. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar
İnvestisiya fondları və onların idarəçiləri maliyyə bazarlarına nəzarət orqanına onun müəyyən etdiyi məbləğdə və qaydada haqlar ödəyir.”.
Maddə 2. Bu Qanun qüvvəyə mindiyi tarixədək səhmdar investisiya fondu və aktivlərin (investisiya fondunun) idarə edilməsi üzrə fəaliyyətlərə verilmiş lisenziyalar, habelə həmin fəaliyyətlərdən irəli gələrək verilmiş icazələr qanunla müəyyən edilmiş hallarda ləğv edilənədək öz qüvvəsini saxlayır və onların yenidən rəsmiləşdirilməsi tələb olunmur.
Maddə 3. Maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək investisiya fondu və investisiya fondunun idarə edilməsi üzrə fəaliyyətlərin yoxlanılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.
10 Mart 2016, 09:03
20 Fevral 2015, 09:02
Azərbaycan Respublikasının Hökuməti ilə Albaniya Respublikasının Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair Baş Planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...
20 Fevral 2015, 09:02
“Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
20 Fevral 2015, 09:02
“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
20 Fevral 2015, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
20 Fevral 2015, 09:02
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1163-IVQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
20 Fevral 2015, 09:02
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti işçilərinin təltif edilməsi haqqında ətraflı...
20 Fevral 2015, 09:02
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
19 Fevral 2015, 09:02
"Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
19 Fevral 2015, 09:02
"Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
19 Fevral 2015, 09:02
"Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...