“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 309; 2009, № 7, maddə 517) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.0.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.15-ci maddə əlavə edilsin:

“2.0.15. maliyyə bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında tənzimlənmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.”;

1.2. mətn üzrə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin;

1.3. 3-cü maddə üzrə:

1.3.1. adından və 3.2-ci maddədən “dövlət” sözü çıxarılsın;

1.3.2. 3.2.1-ci maddədə “hüquqi” sözü “xarakterli” sözü ilə əvəz edilsin;

1.4. 8.1-ci maddədə “dövlət nəzarətinin” sözləri “nəzarətin” sözü ilə əvəz edilsin;

1.5. 9.1-ci maddədən “normativ” sözü çıxarılsın;

1.6. aşağıdakı məzmunda 10.4-cü maddə əlavə edilsin:

“10.4. Lotereya təşkilatçısı Azərbaycan Respublikasında lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) təşkili və keçirilməsi ilə bağlı maliyyə bazarlarına nəzarət orqanına onun müəyyən etdiyi məbləğdə və qaydada haqq ödəyir.”.

Maddə 2. Bu Qanun qüvvəyə mindiyi tarixədək lotereyaların təşkili və keçirilməsi sahəsində verilmiş icazələr qanunla müəyyən edilmiş hallarda ləğv edilənədək öz qüvvəsini saxlayır və onların yenidən rəsmiləşdirilməsi tələb olunmur.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 mart 2016-cı il.

10 Mart 2016, 09:03

http://www.azertag.net

4811—4820 / 10511

20 Sentyabr 2017, 09:09

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında   ətraflı...

20 Sentyabr 2017, 09:09

Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında   ətraflı...

18 Sentyabr 2017, 09:09

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında   ətraflı...

18 Sentyabr 2017, 09:09

M.V.Ocaqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

18 Sentyabr 2017, 09:09

5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı   ətraflı...

18 Sentyabr 2017, 09:09

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı   ətraflı...

18 Sentyabr 2017, 09:09

“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında   ətraflı...

18 Sentyabr 2017, 09:09

Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında   ətraflı...

14 Sentyabr 2017, 09:09

X.M.İbrahimovanın Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

14 Sentyabr 2017, 09:09

2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında   ətraflı...