“Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Yer kürəsində vaxtaşırı olaraq təbii fəlakətlərin baş verməsi, həmçinin insan fəaliyyətinin artması təbii və texnogen xarakterli fövqəladə halların intensivləşməsi ilə nəticələnir.
Son iyirmi ildə Azərbaycanda aparılan geniş quruculuq işləri sayəsində irimiqyaslı dövlət və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Bununla bağlı əhalinin və infrastruktur obyektlərinin mühafizəsini və fövqəladə halların qabaqlanması üçün profilaktik tədbirlərin planlaşdırılmasını həyata keçirən, bu sahədə müvafiq qərarlar qəbul edən dövlət orqanlarından vahid elmi-praktik yanaşma tələb olunur. Eyni zamanda, ölkə ərazisində baş vermiş və yarana biləcək təbii dağıdıcı hadisələrin elmi cəhətdən sistemli şəkildə öyrənilməsi, onların törədə biləcəyi ziyan və risklərin kompleks qiymətləndirilməsi ön plana çəkilir.
Bu baxımdan “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri böyük sosial-iqtisadi əhəmiyyətə malikdir. Atlasın nəşr edilməsində məqsəd təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının fövqəladə hallar atlası” nəşr edilsin.
2. “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin:
Redaksiya heyətinin sədri
Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini.
Redaksiya heyəti sədrinin müavinləri:
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.
Məsul katib
Ramiz Məmmədov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına
Coğrafiya İnstitutunun direktoru.
Redaksiya heyətinin üzvləri:
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Kərəm Həsənov - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Tahir Budaqov - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
Faiq Tağı-zadə - Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini
Rövnəq Abdullayev - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti
İlyas Əlizadə - Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Ekologiya
şöbəsinin müdiri
İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Qurban Yetirmişli - Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru
Ulduz Həşimova - Azərbaycan Milli Elmlər Akademiyasının akademik A.Qarayev adına
Fiziologiya İnstitutunun direktoru
İlham Ələkbərov - Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru
Validə Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun direktoru
Elmira Ramazanova - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neftin, Qazın
Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 2016-cı il.
3 Mart 2016, 09:0313 Noyabr 2014, 10:11
"Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında ətraflı...
13 Noyabr 2014, 10:11
"Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
13 Noyabr 2014, 10:11
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
13 Noyabr 2014, 09:11
Mərkəzi Seçki Komissiyasının 5 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
13 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
13 Noyabr 2014, 09:11
51 saylı Qusar seçki dairəsi dairə seçki komissiyasının üzvü Cəlil Qeysəddin oğlu İbrahimovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
13 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması Qaydası haqqında ətraflı...
11 Noyabr 2014, 09:11
Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə ətraflı...
11 Noyabr 2014, 09:11
M.M.Həsənova və H.M.Məmmədova “Əməkdar mühəndis”fəxri adının verilməsi haqqında ətraflı...
11 Noyabr 2014, 09:11
Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...