Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 17,4 milyon (on yeddi milyon dörd yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 mart 2016-cı il.

3 Mart 2016, 09:03

http://www.azertag.net

4511—4520 / 10511

6 Dekabr 2017, 09:12

XXIII Beynəlxalq “BakuTel–2017” telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına   ətraflı...

6 Dekabr 2017, 09:12

M.Ç.Cabbarovun Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsi haqqında   ətraflı...

6 Dekabr 2017, 09:12

M.Ç.Cabbarovun Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

6 Dekabr 2017, 09:12

F.Ə.Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

6 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsviri   ətraflı...

6 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasının “Rəşadət” ordeninin statutu   ətraflı...

6 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 884-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

6 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

6 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 852-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

6 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...