İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qanunçuluğun və hüquq qaydasının qorunmasında vətəndaşların geniş iştirakının təmin edilməsi, polis orqanlarına ictimai dəstəyin təşviqi, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:

 

1. “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. ictimai asayişin qorunmasına vətəndaşların cəlb edilməsi ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi vətəndaşların ictimai asayişin qorunmasında iştiraka cəlb edilməsi üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 mart 2016-cı il.

3 Mart 2016, 09:03

http://www.azertag.net

7351—7360 / 10511

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

8 Fevral 2016, 09:02

F.N.Ələkbərova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Tərkibi   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında   ətraflı...