Əmanətlərin tam sığortalanması haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Qanunun məqsədi
Bu Qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir.
Maddə 2. İstifadə olunan anlayışlar
Bu Qanunda istifadə olunan anlayışlar “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.
Maddə 3. Qorunan əmanətçinin qorunan əmanətinin tam sığortalanması
Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır.
Maddə 4. Tam sığorta təminatının əldə edilməsi
4.1. Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.
4.2. Bu Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir.
Maddə 5. Kompensasiyalar
5.1. Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.
5.2. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir.
Maddə 6. Yekun müddəalar
Əmanətçilərin Əmanətlərin Sığortalanması Fondu və iştirakçı banklarla münasibətləri, habelə bu Qanunun tələbləri nəzərə alınmaqla tam sığortalanmış əmanətlər üzrə kompensasiyanın ödənilməsi qaydası, həmçinin ictimaiyyətin məlumatlandırılması məsələləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2016-cı il.
2 Mart 2016, 09:03
17 Mart 2017, 09:03
“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 yanvar tarixli 1705 nömrəli Sərəncamının ləğv edilməsi barədə ətraflı...
17 Mart 2017, 09:03
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında ətraflı...
17 Mart 2017, 09:03
“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 26 avqust tarixli 3014 nömrəli Sərəncamının ləğv edilməsi barədə<> Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Mart 2017, 09:03
“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 avqust tarixli 3079 nömrəli Sərəncamının ləğv edilməsi barədə ətraflı...
17 Mart 2017, 09:03
H.Ə.Məmmədovun Bakı Mühəndislik Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
17 Mart 2017, 09:03
“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli 1926 nömrəli Sərəncamının ləğv edilməsi barədə ətraflı...
17 Mart 2017, 09:03
“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
16 Mart 2017, 09:03
From Margarita Popova, Vice President and General Secretary of Bulgarian Industrial Association Her Excellency Mrs. Mehriban Aliyeva, First Vice President of the Republic of Azerbaijan. Dear Mrs. Mehriban Aliyeva, Please accept my heartfelt congratulations as you assumed great responsibility towards your people with your appointment as the First Vice-President of the Republic of Azerbaijan. This highest state position will give you strength, energy and inspiration to be useful to your country, to be loved by your people and to do large-scale works in political, cultural and social areas. It will be my pleasure to continue to work with you to ensure peace and understanding among people, development of intercultural dialogue, strong communication among young people, and close economic ties between our two countries. I wish you robust health and success. I am looking forward to a new event where I will have a chance to meet with you. With friendly greetings, Margarita Popova Vice President and General Secretary of Bulgarian Industrial Association ətraflı...
14 Mart 2017, 09:03
N.İ.Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Mart 2017, 09:03
Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...