“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 79; 2009, № 6, maddə 400) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1.2.1-ci, 2.1.2.9-cu və 2.1.2.10-cu maddələr ləğv edilsin.
2. 14.1-ci maddənin birinci cümləsində “Kompensasiyaların ödənilməsi üçün” sözləri “Bu Qanunda nəzərdə tutulmuş hallarda” sözləri ilə, ikinci cümləsində isə “0,2 faizi” sözləri “0,1 faizi” sözləri ilə əvəz edilsin.
3. 15.2-ci maddədə “sığorta haqları Mərkəzi Bankın uçot dərəcəsinin 360-da bir hissəsinə hasil edilməklə” sözləri “sığorta haqlarının 0,5 faizi həcmində” sözləri ilə əvəz edilsin.
4. 17-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“17.1. Fondun likvid (nağd pula tez çevrilən) aktivləri son hesabat dövrünə qorunan əmanətlərin bir faizindən aşağı düşdükdə və ya kompensasiyaların ödənilməsi üçün vəsaitin kifayət etməməsi ehtimalı yarandıqda Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edir.
17.2. Fond borc vəsaitinin alınması üçün Mərkəzi Banka müraciət etdikdə Mərkəzi Bank Fonda dövlətin zəmanəti ilə təmin olunmuş kredit verə bilər. Mərkəzi Bank, belə müraciətin daxil olduğu günün sonrakı iş günündən gec olmayaraq, müraciətin daxil olması barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verir. Müvafiq icra hakimiyyəti orqanı 10 iş günündən gec olmayaraq dövlət zəmanətinin verilməsi barədə qərar qəbul edir. Dövlət zəmanətinin verilməsi barədə qərara müvafiq olaraq 10 iş günündən gec olmayaraq Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə Fonda kredit verir.”.
5. 26-cı maddənin mətni 26.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 26.2-ci maddə əlavə edilsin:
“26.2. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2016-cı il.
2 Mart 2016, 09:032 İyun 2016, 09:06
Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
2 İyun 2016, 09:06
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 aprel tarixli 211-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
2 İyun 2016, 09:06
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
2 İyun 2016, 09:06
Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında ətraflı...
2 İyun 2016, 09:06
“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 17 may tarixli 253-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
2 İyun 2016, 09:06
“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
31 May 2016, 09:05
2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında ətraflı...
27 May 2016, 09:05
R.A.Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
27 May 2016, 09:05
M.T.Camalovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
27 May 2016, 09:05
2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 may 2016-cı il tarixli 07 və 08 saylı müraciətlərə baxılması barədə ətraflı...