Xalq şairi Nəriman Həsənzadəyə

Hörmətli Nəriman Həsənzadə!

 

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 85 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Ədəbiyyat aləminə gəldiyiniz ilk günlərdən Siz Azərbaycan poeziyasının çoxəsrlik ənənələrini davam etdirərək xalqımızın şeir xəzinəsinə layiqli töhfələr verən lirik şair kimi tanınmısınız. Sizin özünəməxsus üslubu və dəst-xətti ilə seçilən və klassik ədəbiyyatımızın, folklorun zəngin imkanlarından faydalanan yaradıcılığınız dərin səmimiyyəti, xəlqiliyi və bədii-estetik kamilliyi ilə səciyyələnir. Doğma təbiətin gözəlliklərini tərənnüm edən şeirlərinizin vətənpərvərlik hisslərinin təlqin edilməsində və Vətənin yaddaşlara həkk olunan parlaq obrazının yaradılmasında xüsusi rolu vardır. Dramaturgiya və nəsr sahəsində fəaliyyətiniz tarixi mövzuları ehtiva etməklə yanaşı, cəmiyyət üçün olduqca böyük əhəmiyyətə malik insan münasibətlərini, milli-mənəvi dəyərləri və yüksək humanizmi özündə əks etdirir.

Sizin elmi-publisistik məqalələriniz də ədəbi ictimaiyyət tərəfindən daim böyük rəğbətlə qarşılanmışdır. Şeirlərinizə bəstələnən çoxsaylı nəğmələr isə şöhrətinizi artıraraq, eyni zamanda, Azərbaycanın musiqi mədəniyyətini daha da zənginləşdirmişdir. Dolğun və çoxşaxəli ədəbi-mədəni, ictimai-siyasi fəaliyyətiniz ərzində qazandığınız nailiyyətlər təqdirə layiqdir. Əminəm ki, Siz bundan sonra da yeni əsərlərinizlə sənətsevərlərə sevinc və töhfələr bəxş edəcəksiniz.

Ən xoş arzularla

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 fevral 2016-cı il.

22 Fevral 2016, 09:02

http://www.azertag.net

5951—5960 / 10511

28 Dekabr 2016, 09:12

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə   ətraflı...

28 Dekabr 2016, 09:12

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında   ətraflı...

27 Dekabr 2016, 09:12

“Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 450-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

27 Dekabr 2016, 09:12

Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında   ətraflı...

27 Dekabr 2016, 09:12

“Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 451-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

27 Dekabr 2016, 09:12

Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında   ətraflı...

27 Dekabr 2016, 09:12

Z.Y.Xanlarovanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

27 Dekabr 2016, 09:12

Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi   ətraflı...

27 Dekabr 2016, 09:12

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

27 Dekabr 2016, 09:12

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...