Xalq şairi Nəriman Həsənzadəyə

Hörmətli Nəriman Həsənzadə!

 

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 85 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Ədəbiyyat aləminə gəldiyiniz ilk günlərdən Siz Azərbaycan poeziyasının çoxəsrlik ənənələrini davam etdirərək xalqımızın şeir xəzinəsinə layiqli töhfələr verən lirik şair kimi tanınmısınız. Sizin özünəməxsus üslubu və dəst-xətti ilə seçilən və klassik ədəbiyyatımızın, folklorun zəngin imkanlarından faydalanan yaradıcılığınız dərin səmimiyyəti, xəlqiliyi və bədii-estetik kamilliyi ilə səciyyələnir. Doğma təbiətin gözəlliklərini tərənnüm edən şeirlərinizin vətənpərvərlik hisslərinin təlqin edilməsində və Vətənin yaddaşlara həkk olunan parlaq obrazının yaradılmasında xüsusi rolu vardır. Dramaturgiya və nəsr sahəsində fəaliyyətiniz tarixi mövzuları ehtiva etməklə yanaşı, cəmiyyət üçün olduqca böyük əhəmiyyətə malik insan münasibətlərini, milli-mənəvi dəyərləri və yüksək humanizmi özündə əks etdirir.

Sizin elmi-publisistik məqalələriniz də ədəbi ictimaiyyət tərəfindən daim böyük rəğbətlə qarşılanmışdır. Şeirlərinizə bəstələnən çoxsaylı nəğmələr isə şöhrətinizi artıraraq, eyni zamanda, Azərbaycanın musiqi mədəniyyətini daha da zənginləşdirmişdir. Dolğun və çoxşaxəli ədəbi-mədəni, ictimai-siyasi fəaliyyətiniz ərzində qazandığınız nailiyyətlər təqdirə layiqdir. Əminəm ki, Siz bundan sonra da yeni əsərlərinizlə sənətsevərlərə sevinc və töhfələr bəxş edəcəksiniz.

Ən xoş arzularla

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 fevral 2016-cı il.

22 Fevral 2016, 09:02

http://www.azertag.net

5101—5110 / 10511

13 İyul 2017, 09:07

A.Köniqsberqerin Avstriya Respublikasının Sankt Pölten şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında   ətraflı...

13 İyul 2017, 09:07

H.Mantsenrayterin Avstriya Respublikasının Klaqenfurt am Vörterse şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında   ətraflı...

13 İyul 2017, 09:07

E.Y.Saricalinskayaya birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında   ətraflı...

12 İyul 2017, 09:07

Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında   ətraflı...

12 İyul 2017, 09:07

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

12 İyul 2017, 09:07

“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında   ətraflı...

12 İyul 2017, 09:07

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 760-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

12 İyul 2017, 09:07

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ   ətraflı...

12 İyul 2017, 09:07

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 697-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

12 İyul 2017, 09:07

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...