Xalq şairi Nəriman Həsənzadəyə

Hörmətli Nəriman Həsənzadə!

 

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 85 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Ədəbiyyat aləminə gəldiyiniz ilk günlərdən Siz Azərbaycan poeziyasının çoxəsrlik ənənələrini davam etdirərək xalqımızın şeir xəzinəsinə layiqli töhfələr verən lirik şair kimi tanınmısınız. Sizin özünəməxsus üslubu və dəst-xətti ilə seçilən və klassik ədəbiyyatımızın, folklorun zəngin imkanlarından faydalanan yaradıcılığınız dərin səmimiyyəti, xəlqiliyi və bədii-estetik kamilliyi ilə səciyyələnir. Doğma təbiətin gözəlliklərini tərənnüm edən şeirlərinizin vətənpərvərlik hisslərinin təlqin edilməsində və Vətənin yaddaşlara həkk olunan parlaq obrazının yaradılmasında xüsusi rolu vardır. Dramaturgiya və nəsr sahəsində fəaliyyətiniz tarixi mövzuları ehtiva etməklə yanaşı, cəmiyyət üçün olduqca böyük əhəmiyyətə malik insan münasibətlərini, milli-mənəvi dəyərləri və yüksək humanizmi özündə əks etdirir.

Sizin elmi-publisistik məqalələriniz də ədəbi ictimaiyyət tərəfindən daim böyük rəğbətlə qarşılanmışdır. Şeirlərinizə bəstələnən çoxsaylı nəğmələr isə şöhrətinizi artıraraq, eyni zamanda, Azərbaycanın musiqi mədəniyyətini daha da zənginləşdirmişdir. Dolğun və çoxşaxəli ədəbi-mədəni, ictimai-siyasi fəaliyyətiniz ərzində qazandığınız nailiyyətlər təqdirə layiqdir. Əminəm ki, Siz bundan sonra da yeni əsərlərinizlə sənətsevərlərə sevinc və töhfələr bəxş edəcəksiniz.

Ən xoş arzularla

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 fevral 2016-cı il.

22 Fevral 2016, 09:02

http://www.azertag.net

2981—2990 / 10511

15 Fevral 2019, 08:02

M.Ə.Məmməd-Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2019, 08:02

Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2019, 08:02

“Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

14 Fevral 2019, 08:02

Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 Fevral 2019, 08:02

Beyləqan rayonunun Dünyamalılar kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Fevral 2019, 08:02

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Fevral 2019, 08:02

Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Fevral 2019, 08:02

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Fevral 2019, 08:02

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Fevral 2019, 08:02

2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...