Xalq şairi Nəriman Həsənzadəyə

Hörmətli Nəriman Həsənzadə!

 

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 85 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Ədəbiyyat aləminə gəldiyiniz ilk günlərdən Siz Azərbaycan poeziyasının çoxəsrlik ənənələrini davam etdirərək xalqımızın şeir xəzinəsinə layiqli töhfələr verən lirik şair kimi tanınmısınız. Sizin özünəməxsus üslubu və dəst-xətti ilə seçilən və klassik ədəbiyyatımızın, folklorun zəngin imkanlarından faydalanan yaradıcılığınız dərin səmimiyyəti, xəlqiliyi və bədii-estetik kamilliyi ilə səciyyələnir. Doğma təbiətin gözəlliklərini tərənnüm edən şeirlərinizin vətənpərvərlik hisslərinin təlqin edilməsində və Vətənin yaddaşlara həkk olunan parlaq obrazının yaradılmasında xüsusi rolu vardır. Dramaturgiya və nəsr sahəsində fəaliyyətiniz tarixi mövzuları ehtiva etməklə yanaşı, cəmiyyət üçün olduqca böyük əhəmiyyətə malik insan münasibətlərini, milli-mənəvi dəyərləri və yüksək humanizmi özündə əks etdirir.

Sizin elmi-publisistik məqalələriniz də ədəbi ictimaiyyət tərəfindən daim böyük rəğbətlə qarşılanmışdır. Şeirlərinizə bəstələnən çoxsaylı nəğmələr isə şöhrətinizi artıraraq, eyni zamanda, Azərbaycanın musiqi mədəniyyətini daha da zənginləşdirmişdir. Dolğun və çoxşaxəli ədəbi-mədəni, ictimai-siyasi fəaliyyətiniz ərzində qazandığınız nailiyyətlər təqdirə layiqdir. Əminəm ki, Siz bundan sonra da yeni əsərlərinizlə sənətsevərlərə sevinc və töhfələr bəxş edəcəksiniz.

Ən xoş arzularla

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 fevral 2016-cı il.

22 Fevral 2016, 09:02

http://www.azertag.net

1701—1710 / 10511

30 Dekabr 2020, 19:12

H.Ə.Həsənovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Dekabr 2020, 19:12

V.Ə.Cəfərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Dekabr 2020, 19:12

N.M.Vəlixanlının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Dekabr 2020, 19:12

K.M.Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Dekabr 2020, 20:12

Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı   ətraflı...

29 Dekabr 2020, 20:12

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

29 Dekabr 2020, 20:12

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

29 Dekabr 2020, 20:12

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

29 Dekabr 2020, 20:12

Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

26 Dekabr 2020, 23:12

“Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli Sərəncamında dəyişiklik edilməsi və Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...