“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 572; 2011, № 12, maddə 1089; 2013, № 11, maddə 1318; 2014, № 1, maddə 9, № 7, maddə 777; 2015, № 2, maddələr 74, 96, № 3, maddə 253) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.0.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.22-ci maddə əlavə edilsin:

“2.0.22. İcbari Sığorta Bürosu – “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi ilə müəyyən edilmiş qurum.”.

1.2. 11.3-cü maddədə “sığortalının yazılı müraciəti əsasında yazılı formada” sözləri “elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34–1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə” sözləri ilə əvəz edilsin.

1.3. Aşağıdakı məzmunda 14.3–1-ci maddə əlavə edilsin:

“14.3–1. Sığorta vasitəçiləri sığortalılardan nağd şəkildə qəbul etdikləri sığorta haqlarını müvafiq sığortaçının hesabına bu Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş informasiya sistemi ilə inteqrasiya olunmuş ödəniş sistemi vasitəsilə köçürürlər. Bu ödəniş sistemi İcbari Sığorta Bürosuna bütün ödəmələr, müvafiq sığortaçıya isə onun hesabına köçürülmüş ödəmələr barədə sığorta nəzarəti orqanının müəyyən etdiyi formada elektron hesabat əldə etmək imkanı verməlidir.”.

Maddə 2. Bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 dekabr 2015-ci il.

17 Fevral 2016, 09:02

http://www.azertag.net

4591—4600 / 10511

20 Noyabr 2017, 09:11

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Ə.T.Əmiraslanovun “Şərəf”ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

16 Noyabr 2017, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

16 Noyabr 2017, 09:11

Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması, nəşri və ictimailəşdirilməsi barədə   ətraflı...