“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 11, № 12, maddə 706; 2005, № 12, maddə 1083; 2006, № 12, maddə 1005; 2010, № 3, maddə 173) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddənin on beşinci abzası aşağıdakı redaksiyada verilsin:
“güzəştli düzəliş - satınalan təşkilatın yerli malgöndərənlər (podratçılar) üçün bu Qanunun 36.9-cu və 44.2-ci maddələrinə əsasən tətbiq etdiyi güzəşt;”.
2. 36.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“36.9. Satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir.”.
3. 36.10-cu maddədən “həcmi və” sözləri çıxarılsın.
4. 44.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Satınalan təşkilat xidmət təkliflərini qiymətləndirərkən və müqayisə edərkən xidmət təklifləri sorğusunda müəyyən olunan tələblərə cavab verən xidmətləri təklif edən yerli xidmət göstərənlərin xeyrinə bu Qanunun 36.10-cu maddəsinə uyğun olaraq güzəştli düzəliş tətbiq edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2016-cı il.
17 Fevral 2016, 09:0223 Oktyabr 2015, 09:10
“Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1346-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
22 Oktyabr 2015, 09:10
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında ƏSASNAMƏ ətraflı...
22 Oktyabr 2015, 09:10
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının TƏRKİBİ ətraflı...
22 Oktyabr 2015, 09:10
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında ətraflı...
22 Oktyabr 2015, 09:10
Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında ətraflı...
22 Oktyabr 2015, 09:10
“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
22 Oktyabr 2015, 09:10
“Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında ətraflı...
22 Oktyabr 2015, 09:10
Birləşmiş Millətlər Təşkilatının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
22 Oktyabr 2015, 09:10
M.Q.Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
22 Oktyabr 2015, 09:10
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında ətraflı...