Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 15 fevral tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.

1.5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, icbari tibbi sığorta haqları, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr hesabına maliyyələşdirilir. Maliyyə ilinin sonuna Agentliyin hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

1.6. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. icbari tibbi sığorta sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

2.1.2. icbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək;

2.1.3. tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, onun əlçatan olması, əhalinin sağlamlığının qorunması və yaxşılaşdırılması məqsədi ilə tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək.

3. Agentliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. icbari tibbi sığorta sahəsi üzrə dövlət proqramlarının, strategiyaların və inkişaf konsepsiyalarının həyata kecirilməsində iştirak etmək;

3.1.2. icbari tibbi sığorta proqramı çərçivəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görmək;

3.1.3. icbari tibbi sığorta olunanlara icbari tibbi sığorta proqramına uyğun tibbi yardım göstərilməsi üçün tibb müəssisələri ilə müqavilələr bağlamaq;

3.1.4. icbari tibbi sığorta üzrə riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari tibbi sığorta müqaviləsi bağlamaq;

3.1.5. sığortaolunanlara baza zərfi çərçivəsində göstərilən profilaktika, müalicə və reabilitasiya yardımının həcminin, müddətinin, keyfiyyətinin və qiymətinin tərəflərlə bağlanılmış müqavilənin şərtlərinə uyğun olmasına nəzarət etmək;

3.1.6. icbari tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığortaolunana icbari tibbi sığorta şəhadətnaməsi vermək;

3.1.7. Agentliyin büdcəsinin layihəsini hazırlamaq və təsdiq olunmuş büdcənin icrasını təmin etmək;

3.1.8. tibb müəssisələri tərəfindən baza zərfinə daxil olan həcmdə göstərilən tibbi xidmətlərin haqqının müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödənilməsini təmin etmək;

3.1.9. icbari tibbi sığorta sahəsində mütəxəssislərə təlimlər təşkil etmək;

3.1.10. sığorta olunan şəxslərin mənafeyini qorumaq;

3.1.11. dövlət büdcəsindən ayrılan vəsaitləri, büdcədənkənar vəsaitləri, icbari tibbi sığorta haqlarını və bu Əsasnamədə nəzərdə tutulmuş digər mənbələrdən daxil olan maliyyə vəsaitlərini özündə cəmləşdirmək və onlardan təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.12. icbari tibbi sığorta üzrə sığortaolunanların məlumat bankını təşkil etmək;

3.1.13. icbari tibbi sığorta sisteminin fəaliyyətinin təmin olunması üzrə metodik fəaliyyəti həyata keçirmək;

3.1.14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək;

3.1.15. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər görmək, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizliyi təmin etmək;

3.1.16. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunun aparılmasını, hesabat məlumatlarının toplanmasını, ümumiləşdirilməsini, dəqiqləşdirilməsini və təqdim olunmasını təşkil etmək;

3.1.17. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və müvafiq tədbirlər görmək;

3.1.18. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin etmək.

4. Agentliyin hüquqları

4.1. Agentliyin aşağıdakı hüquqları vardır:

4.1.1. tibbi xidmətlərin dəyərinin qiymətləndirilməsi üzrə tədqiqatların nəticələri əsasında baza zərfinin strukturu və onun təkmilləşdirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, təkliflər hazırlamaq;

4.1.2. tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək;

4.1.3. tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;

4.1.4. tibb müəssisələrinin akkreditasiyasında iştirak etmək;

4.1.5. tibb müəssisələri tərəfindən müqavilənin şərtlərinin pozulduğu hallarda tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək;

4.1.6. zərərin sığortaolunan tərəfindən vurulduğu hallar istisna olmaqla, vətəndaşın sağlamlığına vurulmuş zərər üçün cavabdeh olan fiziki və ya hüquqi şəxslərdən sığortaolunana göstərilən tibbi yardıma çəkilən xərclərin ödənilməsini məhkəmə qaydasında tələb etmək;

4.1.7. sığortaolunanlara göstərilən tibbi xidmətlərin həcminin və keyfiyyətinin monitorinqini həyata keçirmək;

4.1.8. sığortaolunanlara göstərilən tibbi xidmətlər üçün tibb müəssisələrinə ödənilən məbləğin əsaslılığına nəzarət etmək;

4.1.9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, icbari tibbi sığorta sahəsinə aid normativ hüquqi və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq və təqdim etmək və ya onların hazırlanmasında iştirak etmək;

4.1.10. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə icbari tibbi sığorta sahəsi üzrə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;

4.1.11. müstəqil ekspertləri və mütəxəssisləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq öz fəaliyyətinə cəlb etmək;

4.1.12. həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər həddində icbari tibbi sığorta məsələləri üzrə xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.13. istifadəsində olan dövlət əmlakı barəsində qanuni hüquqlarını həyata keçirmək.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentliyin strukturunu Azərbaycan Respublikasının Prezidenti, işçilərinin say həddini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

5.2. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Agentliyin direktoru rəhbərlik edir. Agentliyin direktoru Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Agentliyin direktorunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Agentliyin direktorunun müavinləri Agentliyin direktoru tərəfindən onlara həvalə olunmuş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.4. Agentliyin direktoru:

5.4.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2 müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.4.3. müəyyən olunmuş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının, regional bölmələrinin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

5.4.4. Agentliyin maliyyə vəsaitinə dair sərəncam verir;

5.4.5. Agentliyin aparatının və regional bölmələrinin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.4.6. Agentliyin aparatına, tabeliyindəki qurumlara icrası məcburi əmr və göstərişlər verir, onların icrasına nəzarəti həyata keçirir, normativ hüquqi və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir;

5.4.7. Agentliyin vəzifəli şəxslərinin qanunsuz qərarlarını ləğv edir;

5.4.8. Agentliyi təmsil edir.

5.5. Agentlik maliyyə fəaliyyəti və daxil olan vəsaitin xərclənməsi barədə rüblük və illik hesabatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edir.

5.6. Agentliyin direktorunun, direktor müavinlərinin və aparatının işçilərinin əməyinin ödənilməsi normaları və digər təminatları müvafiq olaraq Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, onların müavinlərinin və aparatları işçilərinin əməyinin ödənilməsi normalarına və təminatlarına bərabər tutulur.

17 Fevral 2016, 09:02

http://www.azertag.net

471—480 / 10511

12 Avqust 2022, 16:08

A.Z.Nemətovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

11 Avqust 2022, 12:08

O.Ç.Mürsəlovun Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Avqust 2022, 15:08

Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Avqust 2022, 15:08

Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Avqust 2022, 14:08

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 586-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Avqust 2022, 14:08

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

5 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” 2012-ci il 27 iyun tarixli 2307 nömrəli, “Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında” 2013-cü il 2 aprel tarixli 2828 nömrəli, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” 2013-cü il 24 iyul tarixli 3017 nömrəli və “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 8 may tarixli 442 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin yerləşdirilməsi üçün alınmış Berlin şəhəri, Hoffmanstrasse 11 ünvanında yerləşən binanın satılması haqqında” 2008-ci il 5 fevral tarixli 2661 nömrəli, “Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 23 sentyabr tarixli 492 nömrəli, “Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında” 2010-cu il 6 aprel tarixli 839 nömrəli, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli 885 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 2011-ci il 29 aprel tarixli 1478 nömrəli, “2011–2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 16 may tarixli 1504 nömrəli, “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyul tarixli 1621 nömrəli və “Fransa Respublikasındakı Azərbaycan Mədəniyyət Mərkəzinin binasının təmiri və yenidən qurulması haqqında” 2011-ci il 24 noyabr tarixli 1858 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 21 fevral tarixli 679 nömrəli, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 23 nömrəli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli və “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 1999-cu il 5 fevral tarixli 90 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2009-cu il 31 avqust tarixli 155 nömrəli, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2012-ci il 4 aprel tarixli 604 nömrəli, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 23 iyul tarixli 576 nömrəli, “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 31 avqust tarixli 588 nömrəli, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 21 dekabr tarixli 711 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 23 sentyabr tarixli 1047 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...