Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

 

1. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 113 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 165; 2001, № 12, maddə 755; 2008, № 9, maddə 798) 2-ci hissəsinin dördüncü və beşinci abzaslarında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

2. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 237 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 717; 2001, № 12, maddə 755; 2007, № 11, maddə 1110; 2010, № 7, maddə 610) 2-ci hissəsinin üçüncü abzasında və 5-ci hissəsində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

3. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 45; 2001, № 12, maddə 755; 2008, № 8, maddə 719; 2010, № 3, maddə 181; 2011, № 4, maddə 292) 2-ci hissəsinin üçüncü abzasında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

4. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, maddə 615; 2001, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2002, № 1, maddə 52; 2003, № 10, maddələr 546, 585; 2007, № 2, maddə 87; 2008, № 8, maddə 719; 2009, № 10, maddə 785; 2014, № 5, maddə 477) 1-ci hissəsinin üçüncü abzasında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

5. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 721; 2001, № 12, maddə 755; 2009, № 8, maddə 624, № 12, maddə 985; 2012, № 9, maddə 846, № 12, maddə 1262; 2013, № 6, maddə 647) 2.4-cü bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 528 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 465) ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2-ci, 3-cü, 4-cü və 5-ci hissələrində ismin müvafiq hallarında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 468; 2008, № 6, maddə 500; 2014, № 12, maddə 1556; 2015, № 9, maddə 1018) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin 3.2-ci bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri ilə əvəz edilsin.

8. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 548 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 524) 2-ci hissəsinin dördüncü abzasında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 971 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 576) ilə təsdiq edilmiş “Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları”nın 2-ci hissəsinin beşinci abzasında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və onun rayon (şəhər) şöbələri” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

10. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 957 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 562; 2007, № 2, maddə 87; 2012, № 10, maddə 954) 1-ci hissəsinin ikinci abzasında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

11. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 978 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 583) 1-ci hissəsinin üçüncü və dördüncü abzaslarında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485; 2006, № 11, maddə 948; 2008, № 11, maddə 969; 2009, № 4, maddə 226, № 10, maddə 785; 2010, № 2, maddə 80; 2012, № 12, maddə 1242; 2013, № 5, maddə 494, № 12, maddə 1538; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 9, maddə 1027) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın II hissəsinin 4-cü (hər iki halda) və 6-cı bəndlərində, IV hissəsinin 25-ci bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

13. “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət Reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 527 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 93; 2009-cu il, № 8, maddə 625, № 12, maddə 986) 2.3-cü bəndində “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər” sözləri ilə əvəz edilsin.

14. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 562 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 324; 2015, № 7, maddə 841) 1.1-ci bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

15. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 263; 2006, № 8, maddə 666; 2007, № 11, maddə 1110; 2014, № 3, maddə 241) 2-ci hissəsinin üçüncü və dördüncü abzaslarında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə, üçüncü abzasında “keçirirlər” sözü “keçirir” sözü ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 627; 2013, № 4, maddə 373) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nın 1.6-cı bəndində “Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi” sözləri “Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti” sözləri ilə əvəz edilsin.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 407-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 684 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 693) 3.3-cü bəndindən “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,” sözləri çıxarılsın.

18. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 9, maddə 1027) 6-cı hissəsindən “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə,” sözləri çıxarılsın.

19. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014 cü il 16 aprel tarixli 152 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 368) aşağıdakı dəyişikliklər edilsin:

19.1. 3-cü hissədə “və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin;

19.2. 6.3-cü bənddən “, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin” sözləri çıxarılsın.

20. “Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 sentyabr tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1041) 2-ci hissəsində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə,” sözləri çıxarılsın.

21. “Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli 848 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 792; 2005, № 10, maddə 968; 2007, № 3, maddə 262; 2014, № 6, maddə 644) 1-ci hissəsindən “Azad Nağıyev - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müavini” sözləri çıxarılsın.

22. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 372; 2005, № 6, maddə 495; 2012, № 4, maddə 378, № 12, maddə 1330) 1-ci hissəsindən “Azad Nağıyev - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müavini” sözləri çıxarılsın.

23. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 838; 2007, № 8, maddə 769; 2013, № 11, maddə 1449; 2014, № 5, maddə 477) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın “Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə edilməsi üzrə Tədbirlər” hissəsinin 3-cü bəndində “DTXK” abreviaturası “ƏMDK” abreviaturası ilə, “Akronimlər” hissəsində “DTXK — Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “ƏMDK — Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

24. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 iyun tarixli 1540 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 554; 2007, № 6, maddə 606; 2010, № 7, maddə 610) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sisteminin inkişafı üzrə Tədbirlər Planı”nda aşağıdakı dəyişikliklər edilsin:

24.1. 3-cü, 4-cü, 7-ci, 12-ci bəndlərdən “DTXK” abreviaturası çıxarılsın;

24.2. 3-cü və 12-ci bəndlərdə “DƏDRX” abreviaturası “ƏMDK” abreviaturası ilə əvəz edilsin;

24.3. “Akronimlər” hissəsindən “DTXK - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri çıxarılsın.

25. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 687, 2014, № 6, maddə 644, № 9, maddə 1027, № 10, maddə 1266) ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın 6.2.8-ci yarımbəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,” sözləri ilə əvəz edilsin.

26. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1172; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 7, maddə 841) ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın 2.3.5-ci yarımbəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

27. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1315; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 9, maddə 1027) ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın 6.1.4-cü yarımbəndindən “DTXK” abreviaturası və “Akronimlər” hissəsindən “DTXK - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri çıxarılsın.

28. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 195 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1612; 2014-cü il, № 9, maddə 1027) ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın 2.2.2-ci, 2.2.3-cü və 2.2.4-cü yarımbəndlərindən “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 fevral 2016-cı il.

17 Fevral 2016, 09:02

http://www.azertag.net

281—290 / 10511

28 Dekabr 2022, 08:12

“AzərbaycanRespublikasınınPrezidentiyanındaVətəndaşlaraXidmətvə Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin 10 illiyi (2012-2022)” AzərbaycanRespublikasınınyubileymedalınıntəsviri   ətraflı...

28 Dekabr 2022, 08:12

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

28 Dekabr 2022, 08:12

“Valyuta tənzimi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

28 Dekabr 2022, 08:12

“Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 691-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 867 nömrəli, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli fərmanlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

28 Dekabr 2022, 08:12

Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

26 Dekabr 2022, 16:12

F.Ş.Bədəlbəylinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 Dekabr 2022, 15:12

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Dekabr 2022, 16:12

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Dekabr 2022, 16:12

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 Dekabr 2022, 16:12

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...