"Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 38
Bakı şəhəri, 5 fevral 2016-cı il
"Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası''nın təsdiq edilməsi haqqında
"Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında'' Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 noyabr tarixli 1516 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası'' təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar qüvvəyə mindiyi tarixdən "Doktorantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 iyun tarixli 89 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 6, maddə 504; 2010, № 3, maddə 264) ləğv edilsin.
3. Bu qərar 2016-cı il 1 fevral tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmişdir
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında'' Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 noyabr tarixli 1516 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və əyani təhsilalma forması üzrə təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirir.
1.2. Bu Qayda Azərbaycan Respublikasının elmi-tədqiqat, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycan Respublikasının vətəndaşlarına şamil edilir.
1.3. Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbə və şagirdlərinə təqaüd dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
1.4. Tələbə və şagirdlərə təqaüdün verilməsi müəssisə tərəfindən yaradılan təqaüd komissiyasının təqdimatı əsasında müəssisə rəhbərinin əmri ilə həyata keçirilir.
1.5. Təqaüd ayda bir dəfə ödənilir. Bu Qayda tələbələrə təqaüdü ixtisas üzrə təhsil proqramı ilə müəyyən edilmiş müddətdə almaq imkanı verir.
1.6. Doktorant, tələbə və şagirdlərə təqaüdün verilməsi onlar təhsil aldıqları müəssisədən xaric olduğu gündən dayandırılır.
1.7. İstehsalat təcrübəsi və tətil müddətlərində tələbə və şagirdlərin işləyib-işləməmələrindən asılı olmayaraq, təqaüd alma hüquqları saxlanılır.
1.8. Tələbə və şagirdlərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsis edilən təqaüdlərin, adlı və digər bu kimi təqaüdlərin təyin edilməsi bu Qayda ilə müəyyənləşdirilən təqaüdlərin verilməsini dayandırmır.
1.9. Hamiləliklə, doğuşla əlaqədar və müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş doktorant, tələbə və şagirdlərə səhiyyə müəssisələri tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən onlara müəyyən olunmuş müddətdə (cari tədris semestrinin müddətindən çox olmayaraq) təqaüd tam həcmdə ödənilir.
1.10. Tələbə və şagirdlər üçün adlı təqaüdlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilir.
1.11. Tələbə və şagirdlər üçün büdcə vəsaitləri hesabına məqsədli təqaüdlər tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təyin edilir. Büdcədənkənar vəsaitlər hesabına məqsədli təqaüdlər isə təhsil müəssisələrinin Elmi və ya Pedaqoji Şurası tərəfindən müəyyən olunur və ödənilir.
2. Ali təhsil və orta ixtisas təhsili pillələri üzrə təqaüdlərin təyin olunması və ödənilməsi
2.1. Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin əyani formada təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricilərinə (bundan sonra - ÜOMG) görə verilir.
2.2. ÜOMG tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədi ilə tətbiq edilir.
2.3 ÜOMG tələbənin fənlər üzrə topladığı balların həmin fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında həmin semestrdə tədris olunan fənlərə görə nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdirilir:
|
||
|
|
b1,b2,...,bn - tələbənin fənlər üzrə topladığı ballar;
k1,k2,...,kn - tədris planında həmin semestrdə tədris olunan fənlərə görə nəzərdə tutulan müvafiq kreditlər;
k1*, k2*,..., k3* - fənlər üzrə qazanılmış kreditlər. Əgər tələbə imtahandan müvəffəq qiymət almazsa, o, krediti qazanmamış hesab edilir və bu əmsal sıfır olur.
2.4. Ali təhsil və orta ixtisas təhsili müəssisələrində hər tədris ili üçün ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilir və dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həcmində müəyyənləşdirilir. Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qiyabi təhsilalma forması üzrə dövlət sifarişi və dövlət hesabına qəbul olmuş tələbəyə görə nəzərdə tutulan təqaüd yeri (yerləri) ikinci tədris semestrindən həmin ixtisas üzrə təqaüdlər sayına əlavə olunur.
2.5. Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır.
2.6. Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:
2.6.1. fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı" təqaüdü;
2.6.2. fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır;
2.6.3. fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi" təqaüd.
2.7. Hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci semestrində ali təhsil müəssisəsinə qəbul imtahanından topladığı bal, sonrakı semestrlərdə isə əvvəlki semestrdəki ÜOMG-si yüksək olan tələbəyə üstünlük verilir.
2.8. Təqaüd almaq hüququ olan tələbələrin siyahısı müəyyənləşdirilərkən təqaüdlərin müəyyən olunmuş sayı müvəffəq qiymət alanların sayından çox olduğu halda, qalan təqaüd yerləri ali təhsil müəssisələrində fakültənin elmi şurasının, orta ixtisas təhsili müəssisələrində isə pedaqoji şuranın qərarı ilə həmin kursun digər ixtisasları üzrə təhsil alan və həmin semestrdə ÜOMG-si yüksək olan tələbələrə növbəti semestrədək verilir.
2.9. Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digər halda isə "adi" təqaüd verilir. V ixtisas qrupu üzrə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digərlərinə isə "adi" təqaüd verilir.
2.10. Magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 112 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digər halda isə "adi" təqaüd verilir.
2.11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın qüvvəyə mindiyi tarix nəzərə alınaraq, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul olunan və kredit sistemi ilə təhsil alan tələbələrə təqaüd bu Qaydanın 2.6-cı bəndinə əsasən müəyyən edilir. Tam orta təhsil bazasından qəbul olunan və kredit sistemi ilə təhsil almayan əla qiymətlərlə təhsil alan tələbələrə "əlaçı", əla və yaxşı qiymətlərlə təhsil alan tələbələrə "həvəsləndirici", kafi və digər müvəffəq qiymətlərlə təhsil alanlara isə "adi" təqaüd verilir.
2.12. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından dövlət hesabına qəbul olunan tələbələrə birinci tədris ilində imtahan sessiyasının orta bal göstəriciləri, növbəti tədris ilindən isə ÜOMG nəzərə alınmaqla, bu Qaydaya uyğun təqaüd təyin edilir.
2.13. Orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına olan yerlərinə ümumi orta və tam orta təhsil bazalarından qəbul olunan və imtahan verilən fənlər üzrə müəyyən edilmiş maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digərlərinə isə "adi" təqaüdü verilir.
2.14. Ali təhsil və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil alan, həmçinin ödənişli əsaslarla qəbul olub, lakin sonradan mövcud qanunvericiliyə uyğun olaraq dövlət sifarişi statusu almış, akademik göstəricilərinə görə təqaüd qazanmış və eyni ixtisas üzrə bir təhsil müəssisəsindən digərinə köçürülən tələbələrə təqaüd (tədris planlarındakı fənn fərqlərindən asılı olmayaraq) köçürüldüyü təhsil müəssisəsində həmin ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısına uyğun verilir.
2.15. Tələbənin ali təhsil və ya orta ixtisas təhsili müəssisəsindən xaric olunduğu gündən dayandırılmış təqaüd həmin ixtisas üzrə ÜOMG sıralamasında növbəti yer tutan digər tələbəyə verilir.
2.16. Dövlət hesabına təhsil alan doktorantlara birinci təhsil ilində qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd verilir. Növbəti təhsil illərində təqaüd illik attestasiyanın nəticələrinə görə təyin edilir. İllik attestasiyadan keçməyən doktorantın təqaüdü dayandırılır.
3. İlk peşə-ixtisas təhsili pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi
3.1. İlk peşə-ixtisas təhsili müəssisələrində təqaüdlər dövlət hesabına təhsil alan şagirdlərə təyin edilir. Təqaüd yarımilliklər üzrə imtahanların nəticələrinə görə müəyyən olunmuş məbləğdə verilir.
3.2. İmtahanların nəticələrinə görə "qeyri-kafi" qiymət almış ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə təqaüdün verilməsi dayandırılır. Akademik borclar ləğv edilən gündən təqaüdün verilməsi bərpa olunur.
3.3. Xəstəliyə və digər üzrlü səbəblərə görə imtahanlarda iştirak etməyən şagirdlərə akademik borcların ləğvi üçün ayrılan müddətin sonunadək təqaüdün verilməsi davam etdirilir.
3.4. Akademik borca görə təkrar kursda saxlanılan və təhsillərini müvəqqəti olaraq dayandıran şagirdlərə təkrar təhsil ili dövründə təqaüd ödənilmir.
12 Fevral 2016, 10:028 Fevral 2023, 08:02
“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 Fevral 2023, 08:02
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
8 Fevral 2023, 08:02
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
8 Fevral 2023, 08:02
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 738-VIQD nömrəli Qanununun tətbiqi və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 Fevral 2023, 08:02
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
8 Fevral 2023, 08:02
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 719-VIQD nömrəli Qanununun tətbiqi və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 684 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 Fevral 2023, 08:02
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
8 Fevral 2023, 08:02
“Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 736-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 Fevral 2023, 08:02
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
8 Fevral 2023, 08:02
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 732-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...