"Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 29

Bakı şəhəri, 3 fevral 2016-cı il

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının üzvlərinin siyahısı"nın "Komissiyanın üzvləri" bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Qulu Novruzov" sözləri "Ceyhun Bayramov" sözləri ilə, "Arif Əsgərov" sözləri "Cavid Qurbanov" sözləri ilə, "Cavid Qurbanov- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri" sözləri "Saleh Məmmədov - "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri" sözləri ilə əvəz edilsin;

1.2. "Elşən Hacızadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının nəqliyyat və rabitə şöbəsinin müdiri" sözlərindən sonra "Elman Gərayzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının hərbi və inzibati orqanlar şöbəsinin müdiri" və "Vüsal Kərimli - Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Bakı Nəqliyyat Agentliyinin Baş direktoru" sözləri əlavə edilsin;

1.3. "Çingiz Baxişev - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi" və "Novruzəli Orucov - Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurasının sədri" sözləri çıxarılsın.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

12 Fevral 2016, 10:02

http://cabmin.gov.az/

10471—10480 / 10511

27 Noyabr 2013, 09:11

“Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 182 nömrəli...   ətraflı...

27 Noyabr 2013, 09:11

“Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

25 Noyabr 2013, 09:11

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Noyabr 2013, 09:11

V.T.Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

21 Noyabr 2013, 09:11

Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə   ətraflı...

21 Noyabr 2013, 09:11

Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman   ətraflı...

21 Noyabr 2013, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

21 Noyabr 2013, 09:11

M.X.Allahverdiyevə “Əməkdar tibb işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Noyabr 2013, 08:11

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Noyabr 2013, 08:11

Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...