“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanını “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1345-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 760; 2003, № 9, maddə 479; 2005, № 1, maddə 15; 2011, № 3, maddə 180) 2-ci hissəsinin üçüncü abzasında “ikinci və dördüncü abzaslarında və 11-ci maddəsinin birinci hissəsinin altıncı” sözləri “üçüncü” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 fevral 2016-cı il.

8 Fevral 2016, 09:02

http://www.azertag.net

5661—5670 / 10511

9 Mart 2017, 09:03

A.Q.Babayevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında   ətraflı...

9 Mart 2017, 09:03

V.Ə.Xubanovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında   ətraflı...

9 Mart 2017, 09:03

A.S.Quliyevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında   ətraflı...

9 Mart 2017, 09:03

Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında   ətraflı...

7 Mart 2017, 09:03

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

7 Mart 2017, 09:03

Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Arif qızı Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə   ətraflı...

7 Mart 2017, 09:03

8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik   ətraflı...

7 Mart 2017, 09:03

L.Y.Reyxrudelin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

7 Mart 2017, 09:03

T.M.Mütəllimova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında   ətraflı...

6 Mart 2017, 09:03

Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında   ətraflı...