Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667, № 9, maddə 843, № 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, № 1, maddələr 12, 13, 23, № 2, maddələr 90, 100, № 3, maddələr 205, 218, 220, 225, № 4, maddələr 354, 361, № 5, maddələr 461, 473, 480, № 6, maddələr 601, 617, 627, 629, № 7, maddə 777, № 8, maddə 888, № 11, maddələr 1287, 1294, 1300, 1304, 1311, № 12, maddələr 1471, 1480, 1496, 1503; 2014, № 1, maddə 2, № 2, maddələr 80, 91, 93, № 3, maddə 236, № 4, maddələr 326, 345, № 5, maddə 466, № 6, maddələr 599, 619, 621, № 7, maddələr 765, 776, 781; № 10, maddə 1147, № 11, maddə 1363; 2015, № 2, maddələr 80, 94, 106, № 3, maddə 258; № 4, maddələr 340, 344, 349, 353, 356, 360, № 5, maddə 505, 506, 509, № 6, maddələr 679, 691) aşağıdakı dəyişikliklər edilsin:

1. 141.1-ci maddənin sanksiyasında “on manatdan on beş manatadək miqdarda” sözləri “yüz manat miqdarında” sözləri ilə və “qırx manatdan əlli beş manatadək miqdarda” sözləri “üç yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.

2. 141.2-ci maddənin sanksiyasında “on beş manatdan iyirmi manatadək miqdarda” sözləri “əlli manat miqdarında” sözləri ilə və “qırx beş manatdan yetmiş manatadək miqdarda” sözləri “yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.

3. 145-ci maddənin sanksiyasında “on manatdan on beş manatadək miqdarda” sözləri “əlli manat miqdarında” sözləri ilə, “otuz beş manatdan əlli manatadək miqdarda” sözləri “iki yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.

4. 146.1-ci maddənin sanksiyasında “on beş manatdan iyirmi manatadək miqdarda” sözləri ilə, “əlli manat miqdarında” sözləri ilə əvəz edilsin.

5. 146.2-ci maddənin sanksiyasında “beş manatdan on manatadək miqdarda” sözləri “əlli manat miqdarında” sözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 145-1-ci-145-3-cü maddələr əlavə edilsin:

“Maddə 145-1. Dəniz Limanları Reyestrinin aparılması qaydalarının pozulması

145-1.1. Dəniz Limanları Reyestrinin aparılması qaydalarının pozulmasına görə -

vəzifəli şəxs yüz manat miqdarında cərimə edilir.

145-1.2. Dəniz Limanları Reyestrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud yanlış məlumatların verilməsinə görə, həmçinin reyestrə daxil olan məlumatların dəyişdirilməsi barədə məlumatın verilməməsinə görə -

iki yüz manat miqdarında cərimə edilir.”.

Maddə 145-2. Dəniz limanlarında gəmi agenti xidmətlərinin qanunsuz göstərilməsi

Gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat olmadan dəniz limanlarında gəmi agenti xidmətlərinin göstərilməsinə görə -

fiziki şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər beş yüz manat miqdarında cərimə edilir.”.

Maddə 145-3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinin pozulması

Dəniz limanının “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”də nəzərdə tutulmuş sənədlər olmadan fəaliyyət göstərməsinə görə -

hüquqi şəxslər min manat miqdarında cərimə edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 dekabr 2015-ci il.

 

29 Yanvar 2016, 09:01

http://www.azertag.net

5491—5500 / 10511

26 Aprel 2017, 09:04

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında   ətraflı...

26 Aprel 2017, 09:04

Ə.C.Seyidovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

25 Aprel 2017, 09:04

1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında   ətraflı...

25 Aprel 2017, 09:04

“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda keçirilən IV beynəlxalq elmi konfransın iştirakçılarına   ətraflı...

24 Aprel 2017, 09:04

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair   ətraflı...

21 Aprel 2017, 09:04

Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

20 Aprel 2017, 09:04

О дополнительных мерах по поддержке деятельности Фонда молодежи при Президенте Азербайджанской Республики   ətraflı...

20 Aprel 2017, 09:04

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

20 Aprel 2017, 09:04

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 835 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

20 Aprel 2017, 09:04

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 624 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...