“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

 

“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199; 2007, № 6, maddə 560, № 11, maddə 1078; 2013, № 2, maddə 94) 38-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində “limanlara məxsus su hövzələri” sözləri “dəniz limanlarının akvatoriyası” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 dekabr 2015-ci il.

29 Yanvar 2016, 09:01

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...