11 nömrəli Xüsusi internat məktəbinin adının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 60

Bakı şəhəri, 25 fevral 2014-cü il

11 nömrəli Xüsusi internat məktəbinin adının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 nömrəli Xüsusi internat məktəbi 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi adlandırılsın.

2. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin maliy-yələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəz-ləşdirilmiş xərclərinin "Təhsil" bölməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634, №12, maddə 1346; 2013, № 9, maddə 1130) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)" bölməsinin 51-ci hissəsində "11 nömrəli Xüsusi internat məktəbi" sözləri "11 nömrəli İnteqrasiya təlimli internat məktəbi" sözləri ilə əvəz edilsin.

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

 

5 Mart 2014, 10:03

http://cabmin.gov.az/

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...