"Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 58

Bakı şəhəri, 24 fevral 2014-cü il

"Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 14 sentyabr tarixli 3142 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 475) 1-ci hissəsinin ikinci abzasında "30" rəqəmi "60" rəqəmi ilə, üçüncü abzasında "50" rəqəmi "100" rəqəmi ilə əvəz edilsin.

2. Bu qərar 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

5 Mart 2014, 10:03

http://cabmin.gov.az/

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...