"Büdcədən maliyyələşdirilən bir sıra idarə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşları və tarif dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 31 dekabr tarixli 718 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 56
Bakı şəhəri, 24 fevral 2014-cü il
"Büdcədən maliyyələşdirilən bir sıra idarə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşları və tarif dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 31 dekabr tarixli 718 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 14 sentyabr tarixli 3142 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Büdcədən maliyyələşdirilən bir sıra idarə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşları və tarif dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 31 dekabr tarixli 718 nömrəli qərarının 9-cu hissəsinin üçüncü abzasında "elmlər namizədlərinə 90000" sözləri "fəlsəfə doktorlarına (elmlər namizədlərinə) 36" sözləri ilə, dördüncü abzasında "190000" rəqəmi "76" rəqəmi ilə əvəz edilsin.
2. Bu qərar 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
5 Mart 2014, 10:0325 Oktyabr 2017, 09:10
Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
24 Oktyabr 2017, 09:10
Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
23 Oktyabr 2017, 09:10
Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
23 Oktyabr 2017, 09:10
Azərbaycanın bir qrup energetikinə fəxri adların verilməsi haqqında ətraflı...
20 Oktyabr 2017, 09:10
Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
20 Oktyabr 2017, 09:10
Azərbaycanın bir qrup energetikinə fəxri adların verilməsi haqqında ətraflı...
20 Oktyabr 2017, 09:10
X.T.Orucova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
19 Oktyabr 2017, 09:10
Ş.S.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
19 Oktyabr 2017, 09:10
N.H.Nadirovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
19 Oktyabr 2017, 09:10
“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ ətraflı...