"Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli 155 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 55

Bakı şəhəri, 24 fevral 2014-cü il

"Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli 155 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 14 sentyabr tarixli 3142 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli 155 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında, 4-cü hissəsinin birinci abzasında "alimlik" sözü "elmi" sözü ilə əvəz edilsin;

1.2. 1-ci hissə üzrə:

1.2.1. birinci abzasda "nazirlik və idarələrin" sözləri "qanunla müəyyən olunmuş icra hakimiyyəti orqanlarının" sözləri ilə, "ali məktəblərin" sözləri "ali təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;

1.2.2. ikinci abzasda "məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 250000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə 150000 manat" sözləri "müəssisələrində çalışan elmlər doktoru elmi dərəcəsi olan işçilərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan işçilərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat)" sözləri ilə əvəz edilsin;

1.2.3. üçüncü abzasda "məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 220000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 120000 manat" sözləri "müəssisələrində çalışan elmlər doktoru elmi dərəcəsi olan işçilərə 44 manat (bilavasitə ixtisası üzrə çalışanlara 88 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan işçilərə isə 24 manat (bilavasitə ixtisası üzrə çalışanlara 48 manat)" sözləri ilə əvəz edilsin;

1.2.4. dördüncü abzasda "məktəblərində və digər elmi-tədqiqat idarələrində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 190000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 90000 manat" sözləri "müəssisələrində və digər elmi tədqiqat idarələrində çalışan elmlər doktoru elmi dərəcəsi olan işçilərə 38 manat (bilavasitə ixtisası üzrə çalışanlara 76 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan işçilərə isə 18 manat (bilavasitə ixtisası üzrə çalışanlara 36 manat)" sözləri ilə əvəz edilsin;

1.3. 2-ci hissə üzrə:

1.3.1.ikinci abzasda "alimlik" sözü "elmi" sözü ilə, "öz vəsaitləri hesabına" sözləri "əmək qanunvericiliyinə uyğun olaraq" sözləri ilə əvəz edilsin;

1.3.2.üçüncü abzasda "məktəblərinin" sözü "müəssisələrinin" sözü ilə əvəz edilsin.

2. Bu qərar 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

5 Mart 2014, 10:03

http://cabmin.gov.az/

10421—10430 / 10511

15 Yanvar 2014, 08:01

“ADA” Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 Yanvar 2014, 09:01

R.B.Əskərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Yanvar 2014, 09:01

2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Yanvar 2014, 09:01

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 833-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

29 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

29 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

29 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 837-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

29 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

28 Dekabr 2013, 09:12

2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı” haqqında   ətraflı...